Terror aktı hazırlamaqda şübhəli bilinən şəxs tutuldu - FOTO

Terror aktı hazırlamaqda şübhəli bilinən şəxs tutuldu - FOTO
12:42 10 Oktyabr 2016
25 Dünya
Ölkə mətbuatı
A- A+

Kemnitsdə terror aktı hazırlamaqda şübhəli bilinən 22 yaşlı suriyalı Cabir əl-Bəkr oktyabrın 10-na keçən gecə Leypsiqdə tutulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Deutsche Welle" ("Alman dalğası") Saksoniya federal əyaləti polisinin "Twitter" səhifəsinə istinadla xəbər verib, amma əməliyyatın təfərrüatını açıqlamayıb. Cabir əl-Bəkr bütün Almaniya ərazisində fəal surətdə axtarılırdı. Vağzal və aeroportlarda təhlükəsizlik tədbirləri gücləndirilmişdi.

"İslam dövləti" terrorçu təşkilatı ilə əlbir olmaqda şübhəli bilinən Cabir əl-Bəkr oktyabrın 8-də Kemnits şəhərində mənzillərin birində güclü partladıcı qurğu aşkar ediləndən sonra axtarışda idi. Cinayət polisinin məlumatına görə, o, Almaniyaya bir neçə ay əvvəl gəlmiş və qaçqın statusu almışdı. Onun əlaltısı güman edilən şəxs oktyabrın 9-da Kemnitsdə mənzilə hücum zamanı yaxalanmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/477875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR