Kloze üçün iddialı müştəri

Kloze üçün iddialı müştəri
17:07 10 Oktyabr 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya millisinin sabiq üzvü Miroslav Kloze karyerasını İtaliya A seriyasında davam etdirəcək. 


Fanat.Az xəbər verir ki, “Napoli” klubu zədə üzündən ən azı 6 ay yaşıl meydanlardan kənar qalacaq polşalı Arkadiuş Miliki 38 yaşlı soydaşı  ilə əvəzləməyi düşünür.


Qeyd edək ki, karyerası ərzində “Verder”, “Bavariya” kimi komandaların şərəfini qoruyan Kloze son 5 mövsümdə “Latsio”da çıxış edib. 170 matçda 64 qol vuran polşa əsilli almaniyalı ötən mövsümün yekunundan sonra klubsuz qalmışdı.


Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kloze-ucun-iddial-mutri-t53238.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR