Oktyabrın 7-də BMM-də keçirdiyimiz "Azərbaycanın müstəqilliyinin
25 illiyinə həsr olunmuş bir tədbirə əsasən ziyalılarımızı və
mətbuatımızı dəvət etmişdik. Məqsədim sadəcə 18 Oktyabrın önəmini
bir daha xatırlatmaq,gündəmə gətirmək, bu millətin mustəqilliyə
qovuşmasında əməyi və hakkı olan hər kəsi minnəttarlıq hissi ilə
anmaqidi. Yaxın tariximizdə baş vermiş bu önəmli hadisənin
unutturulmaması üçün gündəm yaratmaq və istiqlal aktına imza atan
millət vəkillərinə təşəkkür etməkdən başqa bir məqsədimiz yox idi.
Tədbirdə iştirak edən millət vəkilləri və ziyalılarımız da
çıxışlarında bunu edirdilər. Millət vəkili Qüdrət Həsənquliyev öz
çıxışında müstəqillik aktında imzası olan mıllət vəkillərinə
"İstiqlal"ordeninin verilməsini belə təklif etdi, Fazil Mustafa da
o günün önemini və o gün üçün mübarizə aparmiş insanlarin millətin
taleyində oynadıgı rolu bir daha qeyd etdi. Millət Vəkili Fəzail
İbrahimli Azərbaycanın mustəqilliyə gələn yolunun tarixi
həqiqətlərindən, millətimizin azadlığa qovuşmaması üçün rus ve
ermənilərin işbirliyindən danışdı. O günlərin canlı şahidlərindən
biri və Müstəqillik aktında imzası olan Firudin Cəlilov da bu
günlərimiz üçün o zaman çəkilən çilələri, çətinlikləri, acıları və
ağrıları anlatdı. Azadliq hərakatının liderlərindən biri Sabir
Rüstəmxanli da o günün qəhramanlarının bu gün yaşadıqları
çətinlikləri,onlara edilən haqsızlıqları dilə gətirdi. Bəzi
çıxışlardan sonra söz istəyən Yasəmən Qaraqoyunluya çox böyük bir
ehtiramla söz verdim. Yasəmən xanım sanki o tədbirdə olmayan birisi
kimi, çıxışçıların heç birini dinləməmişdi,çox aqressiv bir şəkildə
bizi ittiham etməyə başladı ki, bəs niyə bura Əli Kərimli, İsa
Qəmbər dəvət olunmayıb?
Qüdrət Həsənquliyev lider olmayıb, (qeyd edim ki, Qüdrət bəy
tədbirdən gedəndən sonra Yasəmən xanım bunları dedi) falan
filan.Yasəmən xanımın çıxışı tam bir provakasiya xarakterliydi,
tədbirin əhəmiyyətinə kölgəsalmaq, araqarıştırmaq, iş görmək
əvəzinə söz oyunu etməkdən başqa bir şey deyildi. Mən xanımın
çıxışına cavab vermək zorunda qaldım, kimsənin şəxsiyətinə
toxunmayacak, alçatmayacak bir şəkildə fikirlərimi söylədim və
sənin lider saydığın adamları mən lider saymıram dedim. Xarici
fondlardan maliyə alaraq öz dövlətinə düşmənçilik edənləri tənqid
etdim. Bəzən ermənidən daha betər düşmənçilik edənlərimiz var
dedim.
M.Ə. Rəsulzadənin də haqqı yeyilməməli, Əbülfəz Elçibey də bu
ölkənin prezidenti olub və milli Azadlıq hərakatının liderlərindən
biridir, onun da xidmətləri danılmamalı,Heydər Əliyev də, bu
ölkənin prezidenti olub, ölkəni,bölünmə təhlükəsindən qoruyub,
dövlət müstəqilliyimizi möhkəmləndirib, ona da haqsızlıq
edilməməlidir. Mənim xanıma verdiyim cavabın mahiyəti bundan ibarət
idi. Yaxşı ki, kameranın yaddaşında tədbirdəki bütün çıxışlar
olduğu kimi qalır.
İndi gələk iki gündən bəri sosial medyada, açılan bir tərəfli
müzakirələrə, təhqirlərə və yalanlara…
Sanki biri düyməyə basdı ki, içinizdə nə qədər kin və nifrət,çirkab
varsa tökün bu ailənin üzərinə. (eynən Erqanakonda olduğu kimi,
onda da belə çirkabla gəlmişdilər üzərimizə. Zəkəriyyə Özün
hazırladığı iddianamənin düyməsini Fətullah Gülən basmışdı).
Birincisi, mənim kimi dəvət edib, kimi etmiyəcəyimhakkında kimsənin
önündə götürdüyüm bir öhdəliyim yoxdur və buna da borclu deyiləm.
İkincisi, bu gün guya Əli Kərimlinin müdafiəsinə qalxaraq, məni
təhqir edenlərə bir sualım var, 1999' da sizin bir çoxunuzun da
təmsil olunduğunuz AXCP üzvülərinin bir çoxu onu və Xanımı Samaranı
təhqir edendə, onu sizlərin şərrindən, qorumaq üçün tədbir təşkil
edərək,"Ədalət Qılıncı" - təqdim etmişdim və Əli Kərimlidən soruşun
sizə söyləsin ki, o qılıncı ona kim təqdim etmişdi. Zaman o zaman
idi ki, indi söydüyünüz iqdidarla Əli bəyin heç bir proplemi yox
idi,onu və ailəsini sizin əqidə yoldaşlarınız təhqir edirdi. Mən
Tənzilə Rüstəmxanlı isə bir çox təhqirləri gözə alaraq Əli
Kərimliyə bir evladım kimi sahib çıxmışdım.
Demkonqres parçalananda təhqir etdiyiniz Sabir Rüstəmxanlı bir ata
qayğısıyla onu qorumuşdu və buna görə yenə sizin əqidə
dostlarınızın təhqirlərınə məruz qalmışdı. Nə acı ki, bu gün o,
sizlərin məni təhqir etməsinə baxaraq əllərini ovuşdurur. Hər kəs
əslində mahiyətini ortaya qoyur. Tökün ətəyinizdəki daşları,
yalanlarınız sadəcə öz ayağınıza dolaşar.
Mənə sual ünvanlayanlardan biri də Turqut Ərdir ki,Azərbaycanda
1992-ci ildən 2000-inci ilə qədər,Türkiyəmizin səfirliyində mətbuat
müşaviri olaraq çalışmış və sonra burdan gönderilmişdir. Səbəbini
özü bilir. Burda olduğu müddətdə bir və ya iki dəfə toplantilarda
görüşmüşük. Ondan sonra onunla heç qarşılaşmamışam.
Turqut bəy, soyadın Er olunmasıyla Ər olunmaz!
Ərlik türk kültüründə qadına sayqıdan başlanır. Bizim kültürdə ər
savaşına Ərənlərlə gedərdilər, yoxsa feys səhifələrinin arxasına
gizlənənlərlə menim işim olmaz.Mən yeddi cəddimi bilirəm və
şəcərəmi də 15 il öncə "Dumanda İtən Vətən" - kitabında
yayınlamışam. Yeddi göbək babalarım Türk oğlu Türkdür. Türk
olmağımla her zaman qürur duymuşam. Səni üzmək zorundayam. Soyumda,
sopumda heç qanı qarışıq yoxdur. Məni bilənlər bilir ki, mən hər
zaman sözümün əri olmuşam. Türk milliyətçisiyəm. Bu nə zamana, nə
də məkana görə dəyişməz. Elçibəylə bağlı sözlərində də səmimi
deyilsən. Əgər gerçəkdən Elçibəyi sevsəydin illər uzunu onu söyən
və ona xəyanət edən adamların sözcülüyünü yapmazdın. Elçibəyi özünə
qalxan etmə, o bir türk böyüyüydü. Onda türk əxlaqı vardı. Mənə
atdığın bu böhtanlara görə, sənin başına dünyanı dar edərdi. Mənim
qohumlarımın kim olduğunu araşdırmadan öncə bir öz soy kökünə bax.
Gör orda erməni qarışığı varmı?
Azərbaycanda göreşənlik edəcəyinə, bax gör Türkiyədə türk soyundan
olan nə qədər, nazir, başnazir və Cumhurbaşqanı var. Bizdə dövlətin
məqamlarına sayqılı olurlar, yoxsa ölkənin başında durmuş, ona
xidmət göstərmiş və dünyasını dəyişmiş bir dövlət adamını sənin
kimi söyüş söyüb təhqir etmirlər. İllərdir Azərbaycana düşmən
mövqeyində durmusan. Kim Heydər Əliyevlə bağlı bir kələmə yaxşı
mənada söz söyləyibsə elə bil sənin anana, arvadına söyür. Həmən
iftira makinanı işə salırsan. Burdan sənə yüzlərlə qatı açılmamış
söyüş göndərədim,amma bunu zəif və cahil adamlar eder. Bu mənim
işim deyil. Sənə burdan səslənirəm. Mənimlə bağlı irəli sürdüyün o
ittihamları kanıtlayacak faktları ortaya qoymasan səndən şərəfsiz
adam elə sən özünsən.
Heydər Əliyev Azərbaycanın prezidenti olub. Böyük dövlət adamı,
ölkəmi təmsil edən atributlardan biri olub. ƏlbəttəTürkiyədə və
başqa yerlərdə sənin kimilərin onu təhqir etməsinə imkan
verməmişəm. Çünki, mənim dövlət məqamına sayqım var və Türk
əxlaqından danışanın bunu bilməsi gərəkir. Qaldı ki, günlərdir,
iftira maşınlarını işə salaraq öz çirkablarını bizə atmak istəyən,
sözdə "bəy" və "xanımlara"onların da kim olduğunu öyrəndikdən sonra
içim çox rahatladı.
Necə deyərlər,"dinimə söyən müsəlman olsa bari”.
Avropada yaşayan və Əli Kərimlinin silahşorluğünü yapan
jurnalistin,xanımının kaseti yayımlanıb. Məni söyən və mənə sus
deyən xanımın isə kaseti sosial mediyada dolaşırmış. Sizin əxlaq
meyarınızın ölçüsü budurmu?
Avropaya sığınaraq, məni söyən "vətən sevərlər"- orda erməni və
Ermənistanın Azərbaycanın Qarabağ torpaqlarının işğalı barədə bir
yazınızdan, Xocalı soyqırımı ilə bağlı təşkil etdiyiniz bir
konfransdan, erməni əsirliyində olan ananızın, bacınızın azad
olunması üçün gördüyünüz bir işdən danışa bilərsinizmi?
Ölkə başçısı Avropa ölkələrinə rəsmi səfərdə olanda,ermənilərdən
öncə onu protest edəcək mitinqlər təşkil etməkdirmi vətənpərvərlik?
Bir erməni siyasətçisi, bir erməni alimi, qəzet yazarı göstərin ki,
sizlər qədər dövlətini, millətini və onun qadınını aşağılasın.
İllərdir ermənilərin Azərbaycana və türk xalqına etdikləri
zülümlərə qarşı mübarizə aparıram. Ermənilər belə sizin qədər bizi
təhqir etmədilər. Üzüldüyüm bu deyil. Hər kəs düşüncəsinə görə
əxlaq nümayiş etdirər. Məni üzən odur ki, bütün bu olayların
başında duran siyasətçilər Azərbaycan iqdidarına iddialı
olanlardır. İçinizi bürümüş bu kinlə, nifrətləmi Azərbaycanı idarə
etməyi düşünürsünüz?Allah bu milləti o gündən qorusun. Qaldı ki,
Yasəmən xanımın adını çəktiyi liderlərə, konkret olaraq İsa Qəmbərə
və onun şəxsiyətinə, hər zaman hörmətlə yanaşmışam. Bunu hər kəsdən
yaxşı o bilir. Yasəmən xanımın səmimiyətinə şühə etmirəm, o tam da
başqa bir şey demek istəyirdi, olmadı. O düşündü ki, sağlam bir
siyasi müzakirə aça bilər. Əminəm düşündü ki, bəlkə illər keçdikcə
adlarını çəkdiyi adamlar, yaşa dolublar,olqunlaşıblar və onlarla
hansısa bir masanın arxasında oturub, ölkə millət məsələsini
müzakirə edə bilər və ya siyasi polemikaya girə bilər. Amma o, daha
bilmir ki, bu mümkün deyil. Alim xanım hardan bilsin ki, müdafiə
etdiyi cəbhənin insanları üçün muxtəlif fikirlərə, söz azadlığına
yer yoxdur. Orda ya bizdən olacaqsan ya da səni linc etmə
kampaniyası başladacağıq. Nə yazık ki, Yasəmən xanım, zaman məni
haqlı çıxartdı. Çoxları indi əllərini ovuşdura-ovuşdura gözləyir
ki, mən Yasəmən xanım haqqında bir şeylər yazacam. Orda bir az
durum! O, fikirini dedi, mən də cavabını verdim və məsələ bununlada
bitdi. Nəinki, söz demək ona daş atanın başına, mən qaya
tulluyaram. Sizdən fərqli olaraq mənim Türk anasına sayqım
sonsuzdur. Hələ ki bu bir bilim adamı ola.
Sonda onu demək istəyirəm ki, iftirayla, yalanla üzərimizə nə qədər
gəlsəniz də unuttuğunuz bir şey daha var. Yalanın ömrü çox, həm də
çox az olar. Gerçəklər gec-tez yerini tapacaq. Məni sevindirən bir
o oldu ki, deməli çox möhtəşəm bir konfransımız olub ki, bu qədər
səs-küyə səbəb oldu. Deməli yola davam…
Sizlər bizə ayaq bağı ola bilməzsiniz. Biz bu yola baş qoyanda
sizləri və yalanlarınızı gözə almışdıq. Hər zaman dövlətimin və
millətimin yolundayam, yanındayam. Allah bizi şeytanın şərrindən
uzaq eləsin.Sizləri isə inancınız varsa Allaha həvalə edirəm.
Namərd dostun olunca,mərd düşmənin olsa yaxşıdır.
Tənzilə Rüstəmxanlı