Bu gün 2600 nəfər qan verib

Bu gün 2600 nəfər qan verib
14:14 12 Oktyabr 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

Aşura günü ilə bağlı Azərbaycanda qanvermə aksiyası davam edir. 

 
B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Lent.az-a açıqlamasında deyib ki, saat 13:00-a qədər olan məlumata görə, Azərbaycan üzrə 2600 nəfər qan verib. 

 
Ə. Əlimirzəyeva bildirib ki, qanvermə aksiyasında iştirak etmək istəyən insanlar həkimlər tərəfindən müayinə olunur: “İndiyə qədər qan verənlər arasında özünü pis hiss edən olmayıb. İnsanlarda xroniki xəstəliklər, hipertoniya, ürək-damar xəstəlikləri varsa, yaxın vaxtlarda hər hansı əməliyyat keçiriblərsə, həkimlər ilkin mərhələdə bunu sorğu əsasında müəyyənləşdirirlər. Götürülmüş qanlar Mərkəzi Qan Bankına göndəriləcək və infeksiyaların olub-olmadığı yoxlanacaq”.   
 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256335

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR