Aşura günü keçirilmiş qanvermə aksiyasında toplanan qanın miqdarı açıqlanıb

Aşura günü keçirilmiş qanvermə aksiyasında toplanan qanın miqdarı açıqlanıb
18:52 12 Oktyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycanda Aşura günü ilə əlaqədar keçirilmiş qanvermə aksiyası başa çatıb.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva "Report"a bildirib ki, qanvermə aksiyasında ümumillikdə 4 141 nəfər iştirak edib.
Onun sözlərinə görə, nəticə etibarilə 1863,3 litr qan yığılıb: "Qanvermə aksiyasının ən fəal olduğu məscidlər "Təzəpir" və "Mir Mövsüm Ağa" məscidləri olub".
Qeyd edək ki, bu gün Aşura münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib. Aksiya 15 məscid, Mərkəzi Qan Bankı və onun Quba və Şirvanda olan bölmələrində baş tutub.  

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/asura-gunu-kecirilmis-qanverme-aksiyasinda-toplanan-qanin-miqdari-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR