"Ermənistanın hərbi arsenalını artırması Qafqazda fəlakətə gətirib çıxara bilər"

"Ermənistanın hərbi arsenalını artırması Qafqazda fəlakətə gətirib çıxara bilər"
11:17 13 Oktyabr 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

"Rusiyanın Ermənistana satdığı silahların gələcəkdə regionda münaqişəni alovlandıracağı və Cənubi Qafqazı daha çox həssas regiona çevirəcəyi şübhəsizdir".

Milli.Az report-a istinadən bildirir ki, bu fikirləri amerikalı siyasi analitik Piter Teys "Modern Diplomacy" nəşri üçün yazdığı məqalədə deyib.
Onun fikrincə, Rusiyanın köməyi ilə Ermənistanın hərbi arsenalını artırmağa davam etməsi Cənubi Qafqazda fəlakət üçün "reseptdir": "Beynəlxalq ictimaiyyət, qlobal oyunçular tərəfdən qınaq olmadıqca Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində təxribatlara və işğal etdikləri ərazilərində hərbi təlimlər keçirməyə davam edəcək".
Ekspert, həmçinin Ermənistanın Rusiyadan müasir silah almasına heç bir səs çıxarmayan və bu sahədə vakuumun yaranmasına səbəb olan ABŞ hökumətini də günahlandırıb: "Rusiya hərbi sənayesi Ermənistan ordusu ilə sıx əlaqədədir və bu ölkəyə bir neçə "İsgəndər-M" raket kompleksləri göndərib. Özü də bu Rusiya-Ermənistan anlaşması ABŞ-ın Koreya yarımadasında THAAD raket əleyhinə müdafiə sisteminin yerləşdirilməsi ilə bağlı Koreya Respublikası ilə razılıq əldə etməsindən cəmi bir neçə ay sonra baş verib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/478907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR