Tarkan və Murad Bozun küsülü olma səbəbləri

Tarkan və Murad Bozun küsülü olma səbəbləri
19:05 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Müğənni Tarkan və 6 il onun bek-vokalçısı olan Murad Bozun küsülü olduğu xəbərləri yayılmışdı.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Tarkan həmkarına ilk albomunda dəstək olsa da, sonradan onun bəzi hərəkətlərinə əsəbiləşərək inciyib.

Buna səbəb olaraq bir neçə nüans göstərilir:

1. M.Boz 2013-cü ildə Ereğlidəki konsertində səhnədə lift tələb edib. Təşkilatçı büdcənin çatmadığını deyincə, Murad "Tarkan üçün bunu etdiniz, mən də istəyirəm" deyərək qalmaqal yaradıb. Digər konsertlərindən birində də Tarkana yaradılan şəraitin eynisini istəyib.

2. Bəzi menecer və prodüserlərə "Tarkanın dövrü bitdi, artıq mən varam" deyib.

3. İllər əvvəl bir müsahibəsində "Tarkana işləməsəydim, indi yenə burada olardım" deyib.

Bütün bunlar Tarkanı özündən çıxarsa da, keçən martdakı bir hadisədən sonra meqastar M.Bozu silib. Belə ki, meqastarın "Ahde vefa" albomu 100 min sifarişlə martda satışa çıxıb. Murad Boz də həmin şirkətdən öz "Janti" albomu üçün eyni rəqəmi istəyincə etirazla qarşılanıb. Şirkət "Sənin albomun 30 min ədəd olacaq, 100 min ancaq Tarkan ola bilər" deyib.

Bundan sonra Tarkan Muradı bir müddət görmək istəmədiyini deyib. Murad isə jurnalistlərə "Aramızda problem yox, biz dostuq" deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/479398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR