Xaçmazda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub

Xaçmazda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub
10:37 17 Oktyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz. 17 oktyabr. REPORT.AZ/ Xaçmaz rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə "Report"a Xaçmaz Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, rayonun arzu kəndi ərazisində 1972-ci il təvəllüdlü İlqar Məmmədəli oğlu Novruzovu öldürməkdə şübhəli bilinən Gündüz Əli oğlu Məhərrəmov tutulub.
G.Məhərrəmov barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, faktla bağlı araşdırmalara başlanılıb. 
Xatırladaq ki, İ.Novruzov həmyerlisi G.Məhərrəmov tərəfindən bıçaqlanıb. Yaralı dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR