Azərbaycanlı kişinin hamilə arvadı niyə öldürüldü? (TƏFƏRRÜAT)

Azərbaycanlı kişinin hamilə arvadı niyə öldürüldü? (TƏFƏRRÜAT)
15:41 5 Yanvar 2015
172 Sosial
Ölkə mətbuatı
A- A+

Yanvarın 3-də Rusiyada baş verən dəhşətli qətlin təfərrüatları məlum olub. Ümumrusiya Azərbaycanlıları Konqresinin Nijeqorodsk bölməsinin rəhbəri Məmmədcamal Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, Nijni Novqorod şəhərində güllənənən hamilə qadın azərbaycanlı olmayıb.

"Onun həyat yoldaşı Rasim Quliyev azərbaycanlı idi. Kanavinsk rayonunda Akimov küçəsində yaşayan Rasim Quliyevin həyat yoldaşı Oksana Quliyeva evdə tək olub. Bu zaman onların qapı qonşusu 49 yaşlı Vitali Denisov sərxoş halda evlərinə gəlib. Bu zaman həmin binada təmir işləri gedirmiş.

Bu zaman sərxoş kişi əsəbləşib və qapı qonşusunun evinə gedərək səs salmamağı tələb edib. Nəticədə mübahisə yaranıb. Əsəblərinə hakim ola bilməyən Vitali Denisov evə qayıdaraq ov tüfəngini götürüb və qonşusunun taxta qapısına bir neçə dəfə atəş açıb.

Güllələrdən biri qapının arxasında dayanan Oksana Quliyevaya dəyib. Qadın hadisə yerində dünyasını dəyişib".

M.Məmmədovun sözlərinə görə, əslində təmir işləri Vitali Denisovun düşündüyü kimi Oksana Quliyevagildə deyil, yan qonşuda aparılırmış.

Hazırda Vitali Denisov saxlanılıb. Onun ov tüfəngini haradan əldə etməsi araşdırılır.

Əkiz övladlarının doğuylmasına 10 gün qalmış qətlə yetirilən Oksana Quliyeva bu gün dəfn olunacaq.

Rusiyanın Nijni Novqorod şəhərində Azərbaycan diasporasının fəallarından olan Rasim Quliyevin həyat yoldaşı ilə 2 qız övladları olub. Uşaqlardan birinin 9, digərinin 14 yaşı var.

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR