Azərbaycanın peykindən fövqəladə vəziyyətlərdə istifadə olunacaq

Azərbaycanın peykindən fövqəladə vəziyyətlərdə istifadə olunacaq
09:42 18 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın "Azerspace-1" geostasionar peykinin resurslarından fövqəladə vəziyyətlərdə istifadə olunacaq.

Milli.Az bildirir ki, bu barədə Trend-ə ölkənin İT bazarındakı mənbə deyib.

Mənbənin verdiyi məlumata görə, yaxın zamanlarda Fövqəladə Hallar Nazirliyi "Azerspace-1" peykindən siqnalları qəbul edən peyk antenası ilə təchiz olunmuş avtomobillər alacaq.

Mənbə bildirib ki, avtomobil bütün peyk əlaqələri ilə təmin olunacaq: "Layihə pilot layihədir və təqdimatı yaxın zamanlarda baş tutacaq".

Azərbaycanın ilk geostasionar peyki "Azerspace-1" orbitə 2013-cü ilin fevralında buraxılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR