Bu gündən SOCAR istiqrazları üzrə gəlirlər hesablanacaq

Bu gündən SOCAR istiqrazları üzrə gəlirlər hesablanacaq
10:43 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının tədavülə buraxılması kapital bazarının strukturunun milliləşdirilməsi baxımından mühüm addımdır”.

Publika.az xəbər verir ki, bunu “Bakı Fond Birjası” QSC-nin (BFB) İdarə Heyətinin sədri Fariz Əzizov bildirib.

O qeyd edib ki, bu istiqrazlar BFB-nin tarixində ən iri emissiyadır və ali (əsas) bazar seqmentində yerləşdirilib: "Yerləşdirmədə BFB və Milli Depozit Mərkəzindən əlavə 12 təşkilat çalışıb. Bu gündən istiqrazlar üzrə gəlirlər hesablanmağa başlanacaq. BFB bundan sonra təkrar bazarla bağlı məlumatları, kotirovka göstəricilərini gündəlik açıqlayacaq. İlkin yerləşdirmədə iştirak edə bilməyən investorlar təkrar bazarın imkanlarından istifadə edə, öz brokerini seçərək istiqrazlara investisiya qoyula bilər.

İqtisadiyyat şöbəsi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR