“Report” Nazirliyə istinadən xəbər verir ki, kompleks ekspertizaya təqdim olunan 112 layihədən 61-i müsbət rəy alıb.
Müsbət rəy alan layihələr yekun qərarın verilməsi üçün Fondun Müşahidə Şurasına təqdim ediləcək. Şuranın növbəti iclasının yaxın günlərdə keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, müsabiqə çərçivəsində Fonda 121 layihə təqdim olunub.