SOCAR istiqrazları ilə repo əməliyyatlarına start verilib

SOCAR istiqrazları ilə repo əməliyyatlarına start verilib
17:47 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları (ISIN AZ2001019895) "Bakı Fond Birjası" QSC-də (BFB) repo predmeti siyahısına əlavə edilib. 
Bu barədə "Report"a BFB-dən bildirilib.
Məlumata görə, hazırda istiqrazların BFB-də təkrar bazar ticarəti ilə bərabər, onlarla repo əməliyyatları da həyata keçirmək mümkündür.
Qeyd edək ki, repo predmeti olaraq yüksək likvidli, market-meykeri olan alətlər seçilir. SOCAR istiqrazlarının market-meykeri qismində “PSG Kapital İnvestisiya Şirkəti” QSC çıxış edir və SOCAR istiqrazlara geriyə alış təminatı verir. SOCAR istiqrazlarının repo təminat əmsalı Milli Depozit Mərkəzi ilə razılaşdırılaraq 5% təyin edilib.
Xatırladaq ki, REPO institutsional investorlara qısamüddətli likvidliyin idarə olunması məqsədi ilə, repo predmeti müqabilində vəsit cəlb etmək/yerləşdirmək imkanı verən alətdir. Repo predmeti olan bütün alətlərin siyahısı BFB-nin internet saytının qayda və təlimatlar bölməsində yerləşdirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/socar-istiqrazlari-ile-repo-emeliyyatlarina-start-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR