Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
14:27 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Frankfurtda Beynəlxalq Kitab Sərgisinin açılışı olub.
"Report" xəbər verir ki, sərgidə Azərbaycanən nümayəndə heyəti də iştirak edir.
Azərbaycan nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları və yerli nəşriyyat nümayəndələri daxildir. Sərgidə Azərbaycanın stendi 56 kv.m. sahədə, Qız Qalası və Qala divarları dizaynı ilə hazırlanmış xüsusi formada yer alıb.
Sərgidə ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, dövlətçiliyimizə, tariximizə, mədəniyyətimizə və ölkəmizin turizm potensialına dair nəşrlər ziyarətçilərin diqqətinə təqdim olunacaq.
Oktyabrın 22-də isə Azərbaycanda bu ilin Multukulturalizm ili elan edilməsi ilə bağlı tədbir keçirilməsi planlaşdırılıb.
Xatırladaq ki, Frankfurt Beynəlxalq Kitab Sərgisi dünyanın ən böyük kitab sərgisidir. Sərgi nüfuzu, iştirakçı və ziyarətçilərin sayının çoxluğu, dünyanın müxtəlif kitab mədəniyyətlərinin görüşü baxımından əlamətdardır. Hər il təşkil olunan bu sərgiyə dünyanın əksər ölkələrindən iştirakçılar gəlir. Bu il sərgi oktyabrın 23-də başa çatacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/edebiyyat/azerbaycan-frankfurt-beynelxalq-kitab-sergisinde-temsil-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR