Bu ilin ötən dövrü ərzində Azərbaycan ərazisində 3603 zəlzələ qeydə alınıb.
Milli.Az bildirir ki, bu barədə report-a açıqlamasında Respublika Seysmik Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun rəisi Səidə İsmayılova məlumat verib.
Büro rəisinin sözlərinə görə, bu müddətdə ölkədə maqnitudası 3-dən böyük olan 74 zəlzələ olub: "Onların 14-ü hiss olunub".
S.İsmayılova bildirib ki, 2016-cı ildə Azərbaycan və ona bitişik ərazilərdə ümumilikdə 6463 zəlzələ baş verib: "Bu il Azərbaycan və ona bitişik ərazilərdə baş verən zəlzələlərin 40 faizindən çoxunun dərinliyi 10 və 20 km arasında dəyişir. 2016-cı ilin ötən dövrü ərzində bölgədə dərinliyi 10 və 20 km arasında dəyişən 2175 zəlzələ qeydə alınıb".
S.İsmayılova 2016-cı ildə Azərbaycan və ona bitişik ərazilərdə seysmik aktiv olan zonaların adını açıqlayaraq bildirib ki, bu il ərzində Pirqulu, Lənkəran, Lerik, Astara, Ordubad, Naxçıvan əraziləri seysmik cəhətdən aktiv olub.
Milli.Az