"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.
Səfir Ukrayna prezidenti Pyotr Poroşenkonun Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbuledilməzliyini vurğuladığını xatırladıb. "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik", - deyə A.Mişenko bildirib.
Səfir əlavə edib ki, Ukrayna hazırda torpaqlarının azad edilməsi üçün hərbi gücünü artırır.