Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Mübariz Əsədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Qafqazinfo-nun məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə M.Əsədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, M.Əsədov vətəndaşlara hədə-qorxu gələrək pulların və əşyalarını zorla almaqda günahlandırılır. O, Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilir.
Milli.Az