NATO Azərbaycanın hərbi kəşfiyyatına qiymət verir - FOTO

NATO Azərbaycanın hərbi kəşfiyyatına qiymət verir - FOTO
19:47 20 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində bəyan etdiyi ƏİK Kəşfiyyat bölüyünün 1-ci səviyyəli özünüqiymətləndirmə təlimi keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, təlim zamanı kəşfiyyat bölmələrinin NATO ilə uyarlılıq səviyyəsi, sülhməramlı qüvvələr tərkibində və digər əməliyyatlar zamanı taktiki tapşırıqların icrası qiymətləndirilir.

Təlimdə NATO-nun İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanlığının nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/481546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR