Politoloq: "Fransa həmsədri dəyişməklə Qarabağla bağlı danışıqları canlandırmağa çalışır"

Politoloq: "Fransa həmsədri dəyişməklə Qarabağla bağlı danışıqları canlandırmağa çalışır"
12:22 21 Oktyabr 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Yeni həmsədrin təyin edilməsi Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəallaşacağı anlamına gəlir. Ancaq prosesdə hansısa irəliləyişin olması yeni həmsədrdən, onun fəaliyyətindən, eləcə də münaqişəsinin nizamlanması prosesi ətrafında yaranmış vəziyyətdən asılı olacaq".
Bunu "Report"a açıqlamasında Fransanın ATƏT-in Minsk qrupundakı yeni həmsədri Stefan Viskontinin təyinatını şərh edərkən politoloq İlqar Vəlizadə deyib.
"Rotasiyanın özündən başqa, bu məsələ Fransanın son zamanlar bu prosesdə fəallıq göstərməsi ilə bağlıdır", - deyə İ.Vəlizadə bildirib.
Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hələ yayda elan edilmiş Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gündəmdədir.
"Lakin o aylarda baş verən proseslər, xüsusilə də Ermənistanda baş verən siyasi dəyişikliklər bu görüşü qeyri-müəyyən müddətə təxirə saldı. İstənilən halda, görüş plandadır", - deyə o vurğulayıb.
Ekspert bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin belə dəyişikliklərlə danışıqlar prosesini canlandırmaq və onu aktivləşdirmək üçün səy göstərməyə çalışırlar. "Eyni zamanda onların hər biri özlərinin hansısa məqsədlərini həyata keçirməyə çalışır", - o əlavə edib.

Xəbərin orijinal ünvanı: http://report.az/analitika/ekspert-fransa-hemsedri-deyismekle-qarabagla-bagli-danisiqlari-canlandirmaga-calisir-rey

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR