Sabir Rüstəmxanlı: "Azərbaycan dilini yaxşı bilməyən aparıcılar efirə çıxır"

Sabir Rüstəmxanlı: "Azərbaycan dilini yaxşı bilməyən aparıcılar efirə çıxır"
16:48 22 Oktyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq deputat Sabir Rüstəmxanlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylunun Azərbaycanda ədəbi dilin normalarını pozanlara qarşı pul cəriməsinin tətbiq edilməsi barədə təklifinə münasibət bildirib.

S.Rüstəmxanlı Publika.az-a açıqlamasında deyib ki, əslində, bu, yeni məsələ deyil:

“Bizim vaxtilə bu məsələ ilə bağlı konfranslarımız və çıxışlarımız olub. Mən bununla bağlı Milli Məclisdə çıxışlarımda da bildirmişəm ki, bir sıra ölkələrdə dil normalarının qorunması ilə xüsusi məşğul olan qurumlar var. Bu məsələ barədə Dilçilik İnstitutunun direktorunun dilindən fikirlər səslənməsi müsbət haldır”.

Sabiq deputat qeyd edib ki, indi dünyanın bir çox ölkələrində ana dilinin qorunması üçün müxtəlif inzibati üsullardan istifadə olunur: “Misal üçün, Kanadada dil polisi fəaliyyət göstərir. Bu polis ana dilinin normalarını pozanlara qarşı mübarizə aparır və qanunla addımlar atılır.

Almaniyada isə dil gömrüyü mövcuddur. Bu isə dilə daxil olan kənar sözlərin qarşısını almaqla məşğul olur. Ona görə də Almaniyada ana dilinə kənar sözlər rahat şəkildə daxil ola bilməz”.

S.Rüstəmxanlı bildirib ki, əgər Azərbaycanın Konstitusiyasında və digər qanunlarda dilin qorunması ilə bağlı tələb varsa, o zaman ana dilimiz qorunmalıdır:

“Azərbaycan dilinin normaları pozulan zaman buna qarşı cəza tədbirləri də olmalıdır. Bu, pul cəriməsi və digər cəzalar da ola bilər. Bir yerdə ki, insanlar öz ana dilinə sayğısızlıq edir, onun qədrini bilmirsə, bütöv bir məkanda dil qaydaları pozulur. Bununla bağlı dəfələrlə fikirlər deyilməsinə baxmayaraq, ana dilimizə qarşı hücumlar davam edirsə, bu zaman şübhəsiz ki, inzibati üsullara əl atmaq olar”.

Bir sıra televiziya kanallarında Azərbaycan dilinin normalarının pozulması məsələsinə də toxunan S.Rüstəmxanlı deyib ki, indi savadsız və Azərbaycan dilini yaxşı bilməyən aparıcılar efirə çıxırlar:

“Bəzən görürsən ki, telekanallarda məsuliyyətsizcəsinə yarı Azərbaycan, yarı rus dillərində çıxışlar efirə verilir. Küçədə Azərbaycan dilində normal danışmayan adamlardan müsahibələr götürülərək efirə verilir. Həmin müsahibələrdə gah rus, gah Azərbaycan dilində danışan şəxslərin fikirlərini dəqiq anlamaq olmur. Televiziyalar bu nüanslara diqqət yetirməlidir.

Çox təəssüf ki, son vaxtlar paytaxt Bakıda da ana dilinə laqeyd yanaşanların sayı artıb. İndi azərbaycanlı ailələr var ki, öz övladlarına birinci Azərbaycan dilini öyrətmək əvəzinə, rus və ingilis dillərini öyrədir”.

Vasif Həsənli

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yaponiyada 6,1 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 00:15

Astroloji proqnoz - 21 sentyabr

21 Sentyabr 2017 00:13

Prezident BMT-də ASAN Xidmət barəsində danışdı

20 Sentyabr 2017 23:59

Azərbaycan neftinin SON QİYMƏTİ -

20 Sentyabr 2017 23:55

Deputat: "Gürcüstanın bəzi bölgələrində təbii qazın qiyməti nəzərdə tutulduğundan çox artırılıb"

20 Sentyabr 2017 23:52

Azərbaycan neftinin SON QİYMƏTİ - 57 dolları keçdi

20 Sentyabr 2017 23:43

Soyğunçular polis bölməsindən oğurluq etdi -

20 Sentyabr 2017 23:40

Bakıda keçiriləcək finalın dəqiq tarixi bəlli oldu

20 Sentyabr 2017 23:39

Bakıda 36 yaşlı qadını avtomobil vurub

20 Sentyabr 2017 23:32

Bakıda iki maşın yandı

20 Sentyabr 2017 23:24

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin baş katibiylə görüşüb

20 Sentyabr 2017 23:24

Azərbaycan Prezidenti Nyu-Yokda BMT-nin baş katibi ilə görüşüb

20 Sentyabr 2017 23:22

Abadi -

20 Sentyabr 2017 23:18

Türkiyədə uşaqlara daha çox hansı adların verildiyi açıqlanıb

20 Sentyabr 2017 23:17

Bakı metrosunda 9 yeni stansiya tikiləcək

20 Sentyabr 2017 23:13

AFFA prezidenti: “Etimadı doğruldacağıq”

20 Sentyabr 2017 23:04

Emzar Kviçiani: "Mübarizəmizi sonadək davam etdirəcəyik"

20 Sentyabr 2017 23:02

Bu uşağın iki üzü , 4 əli, 4 ayağı var -

20 Sentyabr 2017 23:00

"Qarabağ" - "Roma" oyununa bilet ALMAĞA TƏLƏSİN - yalnız 2 manatlıq biletlər qaldı

20 Sentyabr 2017 22:58

Ərdoğan Putinlə görüşəcək

20 Sentyabr 2017 22:54

Azərbaycanda nikahdankənar uşaqların ən çox və ən az doğulduğu bölgələrin adları açıqlanıb

20 Sentyabr 2017 22:52

İlham Əliyev amerikalı həmkarı Donald Tramp və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 22:40

Bank işçilərinə əsəbləşdi -

20 Sentyabr 2017 22:36

Gəncədə maşın piyadanı vurdu

20 Sentyabr 2017 22:34

9 aylıq hamilə olmasına heç kim inanmır - FOTOLAR

20 Sentyabr 2017 22:28

Yaponiyanın Honsü adasında 6,1 bal gücündə zəlzələ olub

20 Sentyabr 2017 22:27

Makron -

20 Sentyabr 2017 22:25

Daşkəsən sakini arvadı və qayınanasını bıçaqladı

20 Sentyabr 2017 22:19

FED uçot dərəcəsini dəyişmədi

20 Sentyabr 2017 22:13

Bu türk Meksikada zəlzələ baş verəcəyini əvvəlcədən demişdi -

20 Sentyabr 2017 22:10

Prezident İlham Əliyev Trampla görüşdü

20 Sentyabr 2017 22:09

105 yaşlı gəminin qalıqları yoxa çıxır

20 Sentyabr 2017 21:58

Mətanət İsgəndərlinin qızının toyundan - GÖRÜNTÜLƏR

20 Sentyabr 2017 21:49

Elektrik enerjisinə görə ödənişlərlə bağlı -

20 Sentyabr 2017 21:49

Gəncədə avtomobil piyadanı vurub

20 Sentyabr 2017 21:47

Həkimlər pişiklərdən uzaq durmağı tövsiyyə edir - Cinsi xəstəliyə yol açır

20 Sentyabr 2017 21:43

Tibb kollecini bitirən oğlan tələbəyə "tibb bacısı" diplomu verilib - VİDEO

20 Sentyabr 2017 21:33

Zidan "Real"la yeni müqavilə imzaladığını açıqladı

20 Sentyabr 2017 21:28

Elmar Məmmədyarov: "Azərbaycan beynəlxalq norma və prinsiplərin qorunması istiqamətində davamlı səylər göstərir"

20 Sentyabr 2017 21:27

Ruhani: “ABŞ razılaşmaları pozur, özünə qarşı etimadı sarsıdır”

20 Sentyabr 2017 21:18

Rövnəq Abdullayev: "UEFA Avropa Liqasının Bakıda keçirilməsi ilə bağlı qərar hər birimiz üçün çox sevindiricidir"

20 Sentyabr 2017 21:17

Azərbaycan Prezidenti: "Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, təcavüzkarı yenidən cəzalandıracaq"

20 Sentyabr 2017 21:17

İlham Əliyev -

20 Sentyabr 2017 21:15

30 yaşlı qadın özünü asdı - Daşkəsəndə

20 Sentyabr 2017 21:14

İlham Əliyev -

20 Sentyabr 2017 21:04

2034-cü ildən sonra qaz dünyada əsas enerji mənbəyi olacaq

20 Sentyabr 2017 21:02

Yasamal rayonunda mənzil qarət olunub - VİDEO

20 Sentyabr 2017 20:58

İlham Əliyev -

20 Sentyabr 2017 20:58

Prezident: "Bu gün Azərbaycan nəinki sənaye və kənd təsərrüfatı, o cümlədən əqli məhsullarını ixrac edir"

20 Sentyabr 2017 20:57

Bakıda "Caspian Energy Transport Forum" keçirilib

20 Sentyabr 2017 20:52