Maykl Ceksonun bacısı hicab bağladı - FOTO

Maykl Ceksonun bacısı hicab bağladı - FOTO
11:37 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Dünya pop-musiqisinin mərhum kralı, amerikalı Maykl Ceksonun bacısı Canet Cekson əri, milyarder Vissam əl Məna ilə birlikdə Londondadır.

Milli.Az The Sun-a istinadən bildirir ki, ilk övladına hamilə olan 50 yaşlı müğənni Canet Cekson dünən əri ilə alış-verişə yollananda başına hicab bağlamış, müsəlman xanımlar təki geyinmişdi.

Onun əynində Y-3 brendinin istehsalı olan 1000 dollarlıq qara ponço da vardı.

Canet Cekson və qətərli iş adamı Vissam əl Məna 2012-ci ildə evləniblər.

C.Cekson bu yaxınlarda People jurnalına verdiyi müsahibəsində ailə həyatından çox razı qaldığını, ərini də "dəlicəsinə" sevdiyini söyləyib.

Milli.Az














RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR