Bakıda ər 37 yaşlı arvadını vəhşicəsinə öldürdü – QULAĞINDAN QAN GƏLİB - YENİLƏNİB

Bakıda ər 37 yaşlı arvadını vəhşicəsinə öldürdü – QULAĞINDAN QAN GƏLİB - YENİLƏNİB
12:54 24 Oktyabr 2016
125 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda həyat yoldaşını döyə-döyə öldürən şəxsi yaxalamaq hələlik mümkün olmayıb. Lent.az-ın məlumatına görə, Yusif Səfərov küçəsindəki evində həyat yoldaşı, 37 yaşlı Hüseynova Dilarə Fəxrəddin qızını taxta ilə döyərək vəhşicəsinə qətlə yetirən 1974-cü il təvəllüdlü Əkbərzadə Namiq İsa oğlu hadisə yerindən uzaqlaşıb. Hazırda onun yaxalanması istiqamətində iş aparılır.

 

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ölümə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

 

*****

 

11:29

 

Bakıda dəhşətli qətl törədilib. Lent.az-ın məlumatına görə, gecə saatlarında Xətai rayonu Yusif Səfərov küçəsində yaşayan 1979-cu il təvvəllüdlü Dilarə Hüseynova ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. İlkin olaraq qadına açıq kəllə-beyin travması, baş beyinin ağır əzilməsi, alın sümüyünün sınığı, döş qəfəsinin hematoması, qabırğaların sınığı diaqnozu qoyulub.Onun qulaqlarından qan gəlib və həkimlərin səyinə baxmayaraq döş qəfəsinə və beyninə qan sızan qadın vəfat edib.

 

İlkin araşdırmadan sonra 37 yaşlı qadının həyat yoldaşı, 1974-cü il təvvəllüdlü Namiq Əkbərzadə tərəfindən küt alətlə vəhşicəsinə döyülməsi müəyyən edilib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR