"Qarabağ"ın formasında çempionluq ulduzu və sponsorun loqosu niyə yoxdur?

"Qarabağ"ın formasında çempionluq ulduzu və sponsorun loqosu niyə yoxdur?
14:42 24 Oktyabr 2016
15 Ölkə
Ölkə mətbuatı
A- A+

"Qarabağ" futbol klubu oyun formalarında çempionluq sayını göstərən ulduzların və Azərbaycan Premyer Liqasının baş sponsoru Topaz-ın loqosunun nümayiş etdirilməməsinə aydınlıq gətirib.

Milli.Az bildirir ki, klubun baş meneceri Asif Əsgərov report-a açıqlamasında bunu çempionatı təşkil edən Peşəkar Futbol Liqasının Əsasnaməsində müvafiq bəndlərin yer almaması ilə izah edib.

"Loqoda əks olunan ulduzların xarici ölkələrdə önəmi var. Yerli federasiya bununla bağlı qərar qəbul edir, qanun qoyur, sən də əməl edirsən. Ancaq bizdə konkret hansısa qanuni tələb yoxdur. Əslində isə bu, yaxşı təcrübədir. Ulduza baxdıqda, klubun neçə dəfə çempion olduğunu rahatlıqla bilirsən. Bizdə də elə bir qayda qoyulsa, təbii ki, əməl edəcəyik. Düşünürəm ki, bu sual Peşəkar Futbol Liqasına ünvanlansa, daha yaxşı olar" - deyə A.Əsgərov bildirib.

Klub rəsmisi formada "Topaz"ın loqosunun üstünün bağlanmasına da aydınlıq gətirib: "Sponsor ötən il öhdəliyini yerinə yetirmədi. Bu il də eyni haldır. Ötən mövsüm Klublar Komitəsinin iclaslarının birində sponsor şirkətin rəsmisi də iştirak etmişdi. Orada da danışıqlar oldu. Ortada yenə də heç bir nəticə yoxdur. Bir müddətdir ki, səhhətimlə əlaqədar işlərdən kənarda idim. Ancaq mən olmadığım müddətdə nələrin baş verdiyini, dəyişdiyini deyə bilmərəm".

Ölkə çempionatını təşkil edən Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və ictimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev isə report-a açıqlamasında məsələyə fərqli mövqedən yanaşıb. O, Azərbaycan klublarının formalarındakı loqolara ulduz vurmalarını onların öz istəklərindən asılı məsələ saydıqlarını bildirib: "Çempionluq ulduzu ilə bağlı yeni qərar cari mövsümdə mümkün deyil. Bu məsələ çempionat başlamazdan öncə müzakirə edilir və qərar qəbul olunur. Yəni, bir ulduza düşən çempionluq sayı müəyyənləşdirilir. Bəzi çempionatlarda ulduzdan istfadə olunmur, amma elə çempionatlar var ki, orada ulduz məsələsinə önəm verilir. Azərbaycanda klublar ulduzu özləri qoyur. Əsasnamədə yoxdursa, klub niyə ulduz vurmalıdır? O ulduzlar heç bir məna kəsb etmir. Əslində "Qarabağ"ın loqosunda 19 ulduz var, amma onlar loqonun üzərində yox, içərisindədir (gülür - R.Ə.). "Kəpəz"də ulduz sayı üç, "İnter"də ikidir. "Neftçi" klubu isə bir ulduz göstərib. Həmin ulduzların loqonun tərkibi olduğunu, yoxsa çempionluğu göstərdiyini bilmək olmur".

A.Şahgəldiyev sponsorluq məsələsində isə klub rəsmisinin fikirlərinin əksini söyləyib: "Topaz"ın klublara pul ödəməsi kimi bir şey yoxdur. Müqavilədə belə məsələ öz əksini tapmayıb. Bu məsələ tərəflərin iştirakı ilə müzakirə olunmalıdır. Sadəcə, "Topaz" Peşəkar Futbol Liqasına, Premyer Liqaya sponsorluq edir. Üstəlik, ödənilən məbləğ o qədər böyük deyil ki, klublara da pul verilsin".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çıxış edən klublardan "Neftçi" 8, "Kəpəz" 3, "İnter" 2 dəfə çempion olub. "Qarabağ" isə 4 dəfə belə nailiyyətə imza atıb ki, bunun ardıcıl 3-ü son mövsümlərə təsadüf edib. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Meksikada zəlzələ: Ölənlərin sayı 273 nəfərə çatdı

22 Sentyabr 2017 04:38

Naxçıvanın tanınmış tərcüməçisi Beynəlxalq medala layiq görülüb

22 Sentyabr 2017 04:32

Kim Çen In: “Trampın düşməncəsinə çıxışı ona baha başa gələcək”

22 Sentyabr 2017 04:07

NATO baş katibi Lavrovla görüşdü

22 Sentyabr 2017 03:34

DƏHŞƏT: Hamilə həyat yoldaşını bətnindəki körpə ilə birlikdə öldürdü - FOTO/VİDEO

22 Sentyabr 2017 03:28

Dünyanın ən varlı qadını öldü

22 Sentyabr 2017 03:24

Rumıniya təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına 8 mln. avro ayırıb

22 Sentyabr 2017 03:07

Rusiya qırıcıları Suriyada terrorçuların 96 mindən çox obyektini məhv edib

22 Sentyabr 2017 02:57

Meksikadakı zəlzələ 273 can aldı

22 Sentyabr 2017 02:44

Mərkəzi Bank hərrac keçirəcək

22 Sentyabr 2017 02:28

İstanbulda özəl təyyarə qəzaya uğrayıb

22 Sentyabr 2017 02:15

Dominikanda “Mariya” qasırğası qurbanlarının sayı 15 nəfər çatıb

22 Sentyabr 2017 02:02

Samir oynadı, darmadağın gördü

22 Sentyabr 2017 01:57

Rusiya XİN: Suriyada MDB-dən təqribən 10 min yaraqlı döyüşüb

22 Sentyabr 2017 01:52

Tramp KXDR-ə qarşı əlavə sanksiyalar planlaşdırır

22 Sentyabr 2017 01:46

Tillersondan xəbərdarlıq -

22 Sentyabr 2017 01:24

Tramp: “Ərdoğan mənim dostumdur”

22 Sentyabr 2017 01:14

Hacıqabulda məsciddən oğurluq edən şəxs saxlanıldı

22 Sentyabr 2017 01:08

"Atletiko" rəsmən açıqladı -

22 Sentyabr 2017 01:02

Masturbasiya haqqında bilmədiyiniz 7 HƏQİQƏT

22 Sentyabr 2017 00:53

Yəməndə vəba epidemiyasına yoluxanların sayı 700 minə çatıb

22 Sentyabr 2017 00:44

Məşhur aktrisa restorana ELƏ GEYİMDƏ GƏLDİ Kİ... - FOTOLAR

22 Sentyabr 2017 00:38

Xızıda 794 ədəd partlamamış hərbi sursat tapıldı

22 Sentyabr 2017 00:29

Azərbaycanda sürücü olmağın şərtləri xeyli çətinləşdi

22 Sentyabr 2017 00:23

Rahoy Kataloniyaya referendumla bağlı xəbərdarlıq etdi -

22 Sentyabr 2017 00:20

İstanbulda təyyarə yandı: 4 yaralı

22 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 22 sentyabr

22 Sentyabr 2017 00:13

Məsciddən nasos və mikrofon oğurlayan şəxs tutuldu

22 Sentyabr 2017 00:09

İstanbulun Atatürk hava limanında təyyarə qəzaya uğrayıb

22 Sentyabr 2017 00:02

Bu gündən etibarən Məhərrəm ayı başlayır

22 Sentyabr 2017 00:02

Tehran nüvə silahı əldə etmək niyyətində deyil -

22 Sentyabr 2017 00:01

ABŞ Şimali Koreyaya qarşı yeni maliyyə sanksiyaları tətbiq edib

21 Sentyabr 2017 23:52

"Lotu Qulinin adamları" şou-biznesi çökdürmək istəyirmişlər

21 Sentyabr 2017 23:48

Türkiyə, İran və İraq birgə bəyanat qəbul etdi -

21 Sentyabr 2017 23:45

İnternetin yeni fenomeni 18 milyon baxış topladı - FOTO/VİDEO

21 Sentyabr 2017 23:38

Azərbaycan neftinin SON QİYMƏTİ -

21 Sentyabr 2017 23:33

Bakıda "narkobaron" həbs edildi

21 Sentyabr 2017 23:28

Rusiya 850 terrorçunu belə məhv etdi -

21 Sentyabr 2017 23:23

"QAZ" və "VAZ" yandı

21 Sentyabr 2017 23:19

İstanbulda təyyarə qəzası - VİDEO

21 Sentyabr 2017 23:13

Çexiyanın milli bayramı Bakıda qeyd edildi

21 Sentyabr 2017 23:04

"Qarabağ"ın rəqibinin futbolçusu 150 minlik maşınla qəzaya düşdü - FOTOLAR

21 Sentyabr 2017 23:03

İsrail polisi Avropa parlamentindən olan nümayəndələrə hücum edib

21 Sentyabr 2017 23:02

Bu görüntülər sizi dəhşətə gətirəcək -

21 Sentyabr 2017 22:52

Türkiyədə silah səsləri eşidildi -

21 Sentyabr 2017 22:46

"Harvi"nin vurduğu ziyan - 600 milyon dollar

21 Sentyabr 2017 22:38

Azərbaycanda kredit tarixçəsinin alınması ilə bağlı qayda təsdiqləndi

21 Sentyabr 2017 22:28

Erməni deputatlar Bakıda səfərdədir

21 Sentyabr 2017 22:28

BMT baş katibi Ruhanidən xahiş etdi

21 Sentyabr 2017 22:19

İstəyən hər qız “Taxt oyunları”nın qəhrəmanı ilə cinsi əlaqədə olacaq: İNANILMAZ İMKAN - FOTO (18+)

21 Sentyabr 2017 22:13