"New England" futbol klubunun hücumçusu Key Kamara meydançada rəqs etdiyi üçün sarı vərəqə alıb.
Milli.Az aznews.az-a istinadən bildirir ki, həmin an rəqibləri olan "Monreal"ın qapısına vurulan 3-cü qola sevinən futbolçu sevincindən emosiyalarını gizlədə bilməyib.
Hakim hesab edib ki, hücumçunun bu hərəkəti rəqib kamandaya qarşı istehza xarakteri daşıyır və meydançada belə bir addım yolverilməzdir. Sarı vərəqə alan Key Kamara isə hakimin bu qərarına etiraz edib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

