Ermənilər: "Rusiya Bakıya üz çevirib, bizi it yerinə qoymur"

Ermənilər: "Rusiya Bakıya üz çevirib, bizi it yerinə qoymur"
17:37 25 Oktyabr 2016
168 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanması prosesində Türkiyənin konstruktiv rol oynaya biləcəyini düşünürük. Türkiyə belə addım atmaq fikrinə düşərsə, Rusiya Ankaranın qərarını alqışlayar.

Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinqdə jurnalistlərin suallarını cavablayarkən belə deyib.

Beləliklə, Zaxarova faktiki olaraq Rusiyanın XİN başçısı Sergey Lavrovun İrəvanda, MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində bəyanatını təkrarlayıb.

Xatırladaq ki, S.Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında, habelə Ermənistanın nəqliyyat blokadasından qurtulmasında "Türkiyənin effektiv rol oynaya biləcəyini" vurğulamışdı.

O, habelə demişdi ki, hərgah Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəlləyiş olarsa, bu, mütləq şəkildə Türkiyə-Ermənistan münasibətlərinə də təsir edəcək.

S.Lavrovun açıqlamaları rəsmi İrəvan üçün gözlənilməz olmuşdu. Hətta o səviyyədə ki, bu bəyanatları Ermənistan prezidenti Serj Sarkisyan şərh etməkdən boyun qaçırdı, sonra da ölkə parlamentinin spikeri və XİN başçısı da susmağa üstünlük verdilər. Sadəcə, Ermənistan XİN-nin mətbuat katibi, sonra da parlament spikerinin müavini danışdılar. Onların açıqalamaları daha çox mızıldamanı xatırlatdı: Moskvanın belə ifrat aşkar açıqlaması, daha doğrusu, Ermənistanın mövqelərini laxlatması ermənilərdə affekt vəziyyəti yaratmışdı.

Sarkisyan hakimiyyəti nə deyəcəyini, Moskvanın Ankara ilə belə diplomatik yaxınlaşmasını necə şərh edəcəyini bilmirdi.

Şübhəsiz ki, Ermənistan qıcıqlanmışdı və Rusiyadan cavab istəyirdi: buna görə də İrəvanla Moskva arasında intensiv danışıqların getdiyi istisna olunmur.

Lakin ermənilərin sinirlənməsinə, qıcığına və Rusiyaya ünvanlanan "sizə bu qədər sədaqətliyik, siz isə..." tipli incik xatırlatmalara rəğmən rəsmi Moskva mövqeyini təkrarladı.

İrəvanın isterikasına əsla fikir verməyən Moskva Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyini dəyişmək niyyətində deyil.

Situasiyada yetəricə maraq doğuran məqam Rusiyanın uzun illər boyu ilk dəfə Türkiyənin Dağlıq Qarabağ probleminin çözülməsində konstruktiv, yetərli və effektiv rol oynaya biləcəyindən bəhs etməsidir.

ATƏT-in Minsk Qrupu vasitəçilik missiyasına başlayandan Rusiya hər vəchlə Ankaranı sözügedən prosesdən kənar tutmağa çalışır, Türkiyənin bu müstəvidəki bütün təşəbbüslərini və açıqlamalarını "münaqişə yalnız Minsk Qrupu formatında çözülə bilər, region ölkələrinin prosesə müdaxiləsi arzuolunmazdır" bəyanatları ilə cavablayırdı.

Ankaranın bütün səylərinə, Qarabağ münaqişəsinin çözülməsində aktiv rol oynamaq istəklərinə, Cənubi Qafqaz üçün real təhlükəyə çevrilmiş Ermənistanın aqressiv ritorikasına və işğalçılıq siyasətinə diplomatik vasitələrlə son qoyulması ilə bağlı təkliflərinə rəğmən rəsmi Moskva mövqelərini yumşaltmaq əvəzinə, daha da sərtləşdirirdi.

Rusiyalı ekspertlər və siyasi analitiklər, habelə siyasətçilər və məmurlar bəzən üstüörtülü şəkildə, bəzən də aşkar formada bəyan edirdilər: "Dağlıq Qarabağ probleminin həllinə Türkiyənin qatılması, əslində, ABŞ-ın və NATO-nun bölgədə mövqelərini möhkəmlətməsi, hadisələrə təsir rıçaqlarını artırması olacaq".

Daha sonra Moskvada o da vurğulanırdı ki, Türkiyə prosesə qatılarsa, Ermənistan Rusiyanın tam nəzarətindən çıxaraq Qərbə meyllənmə prosesini daha da gücləndirə bilər. Rusiya Cənubi Qafqazdakı forpostunu itirmək istəmədiyindən ermənilərin çağırışları ilə tələblərini nəzərə almaq məcburiyyətində idi.

İndi situasiya tamamən dəyişib.

Ermənistan MDB məkanında Rusiyanın istisnasız olaraq bütün geosiyasi layihələrinin və strukturlarının iştirakçısı, KTMT, Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqının üzvü olsa da, Moskva üçün qulpu qırıq çamadana çevrilib.

O çamadana ki Moskva onu daşımağa çətinlik çəkir, amma bir kənara tolazlamaq da istəmir.

Rəsmi İrəvanın xarici siyasətində birmənalı olaraq Rusiyaya bağlı olması barədə bəyanatlara Moskva artıq inanmır, çünki ermənilərin ABŞ və Avropa Birliyi ilə təmasları, Serj Sarkisyan iqtidarının "bütün meyvələri bir zənbilə yığmamaq" prinsipi ilə davranaraq hakimiyyətini qorumaq, ən başlıcası isə ABŞ-ın sərt təzyiqlərinə məruz qalmamaq məqsədilə Vaşinqtona da müəyyən vədlər verməsi Rusiyanı həddən ziyadə sinirləndirib.

Rusiya və Ermənistan arasında tərəflərin gerçək istəklərini görməzdən gəlməyə əsaslanan davranışlar dövrü başa çatır.

S.Sarkisyan rejimi hesab edir ki, Ermənistanın nəqliyyat blokadasının aradan qaldırılmasının, Türkiyənin sərhədi açmasının müqabilində Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş digər ərazilərindən qoşunların çıxarılması tələbi səsləndiriləcək.

Digər tərəfdən, Sergey Lavrovun Türkiyənin konstruktiv rolu barədə danışması təsadüf yox, siyasi texnologiyalar baxımından uğurlu gediş, yaxşı hesablanmış variasiyadır. Belə ki, Rusiya artıq konstatasiya edir: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə Türkiyənin qoşulma ehtimalı və ya mümkünlüyü artıq Ermənistanda ciddi şəkildə müzakirə olunur.

Texnologiya sadədir. İlkin mərhələdə Ermənistan qıcıqlanır, İrəvandakı hakimiyyət qəzəb və qorxu qarışığından idarə hisslərdən dolayı özünə yer tapmır, erməni cəmiyyətində isteriya yaranır, "Türkiyənin danışıqlarda iştirakı yolverilməzdir" çağırışları şüarlara çevrilir.

Sonrakı mərhələ Ermənistanda durumun "Türkiyə müzakirələrə cəlb oluna bilər, bir şərtlə ki..." müstəvisinə inikas etməsidir.

Beləcə, Ermənistanda Türkiyəyə olan nifrət və düşmənçilik səddini dağıdan, erməniləri obyektiv reallıqla zahirən də olsa, barışmağa vadar edən Rusiya bu minvalla Türkiyə ilə münasibətləri intensivləşdirir, Ankaranı öz maraqları orbitinə çəkməyə cəhd edir, sonra isə ATƏT-in Minsk Qrupunun mövcud formatının dəyişdirilməsi istiqamətində atıla biləcək addımları zəruri, hətta qaçılmaz edir.

Əvvəl S.Lavrovun bəyanatı, sonra da sözçü M.Zaxarovanın bu bəyanatı təkrarlaması Moskvanın seçdiyi istiqamətdə qətiyyətli olduğunu göstərir.

Ən azı ona görə ki, aprelin əvvəllərindəki "dördgünlük müharibə"dən az sonra Rusiya Ermənistanı Gümrüdəki 102-ci hərbi bazada heyətin artırılması, bir qədər keçəndə Hava Hücumundan Müdafiə (HHM) sahəsində vahid sistem yaradılması (oxu: Ermənistan səmasına total nəzarətin Rusiyaya verilməsi) barədə anlaşmaların imzalanmasına nail oldusa, Moskva nədən, hansı səbəbə qətiyyətsiz davranmalıdır ki...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki status-kvonun dəyişməsi birmənalı olaraq Ermənistanı işğalın etirafına vadar edəcək vəziyyətdir ki, növbəti mərhələ bu ölkənin qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılması tələblərinin çəkisinin həmsədr ölkələr arasındakı müzakirələrdən sonra artırılması ilə nəticələnə bilər.

... Rəsmi İrəvan hələ susur. Ermənilər isə sosial şəbəkələrdə yazırlar: "Rusiya Bakıya üz çevirib, bizi it yerinə qoymur".

Təbii, Rusiya birmənalı olaraqş Azərbaycanı dəstəkləyən və bununla da Cənubi Qafqazda Ermənistan təki "köpək sədaqəti" göstərən başabəla "müttəfiq"ini itirmək istəməyəcək.

İstənilən halda rəsmi İrəvan ağır durumda, erməni diplomatiyası isə seytnotdadır.

Orxan Hun
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ-da ardıcıl iki zəlzələ

23 Sentyabr 2017 00:54

Canlı yayıma sərxoş çıxan deputat aparıcının üstünə... - VİDEO

23 Sentyabr 2017 00:53

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"

23 Sentyabr 2017 00:52

Rusiya ordusu Suriyada terrorçu təşkilatlara məxsus 96 min obyekti məhv edib

23 Sentyabr 2017 00:35

Gəlin namizəd erməni ilə... - FOTO/VİDEO

23 Sentyabr 2017 00:28

Ağdaşda canavarlar örüşdə otlayan mal-qaranı parçlayıb

23 Sentyabr 2017 00:27

Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb -

23 Sentyabr 2017 00:27

Bakıda "Mercedes" yandı

23 Sentyabr 2017 00:23

Almaniyada siyasətçilərə müəmmalı məktublar göndərilib

23 Sentyabr 2017 00:16

Astroloji proqnoz - 23 sentyabr

23 Sentyabr 2017 00:13

Azərbaycan neftinin SON QİYMƏTİ -

23 Sentyabr 2017 00:10

Azərbaycana payız gəldi

23 Sentyabr 2017 00:09

Azərbaycana payız fəsli daxil olub

23 Sentyabr 2017 00:02

Məhkəmə Saakaşvilini 130 dollar cərimə etdi

22 Sentyabr 2017 23:59

Vyanada bomba həyəcanı -

22 Sentyabr 2017 23:58

Tovuzda yeni doğulan körpə öldü

22 Sentyabr 2017 23:54

Sprislər, təzyiq aparatları Azərbaycana hansı ölkələrdən idxal edilir?

22 Sentyabr 2017 23:53

XİN rəhbəri: "Azərbaycan Fələstinə münasibətdə artan beynəlxalq dəstəkdən məmnundur"

22 Sentyabr 2017 23:47

Ukrayna istəyinə çatır -

22 Sentyabr 2017 23:39

Şəkidə 40 yaşlı qadını ilan sancdı

22 Sentyabr 2017 23:28

Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı artır

22 Sentyabr 2017 23:21

Avropanın iki ölkəsi arasında sərhəd mübahisəsi yenidən gərginləşdi

22 Sentyabr 2017 23:13

Tovuzda doğuş zamanı körpə ölüb

22 Sentyabr 2017 23:12

Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün - FOTOLAR

22 Sentyabr 2017 23:03

Bu ölkənin prezidenti oğlunun öldürülməsi barədə polisə əmr verdi

22 Sentyabr 2017 23:00

Türkiyə İraq Kürdüstanındakı referendumu qeyri-qanuni adlandırdı

22 Sentyabr 2017 22:54

"Qarabağ" "Sumqayıt"a futbol dərsi keçdi

22 Sentyabr 2017 22:53

"Qarabağ" "Sumqayıt"ı peşman etdi - VİDEO

22 Sentyabr 2017 22:47

Ruhani ABŞ-ı hədələdi -

22 Sentyabr 2017 22:44

İlham Əliyev milli komandanın voleybol üzrə Avropa çempionatındakı oyununu izləyib

22 Sentyabr 2017 22:42

Bu tarixi abidəni 300 milyon insan ziyarət edib

22 Sentyabr 2017 22:38

Elmar Məmmədyarov: "Ermənistan rəhbərliyinin müharibə ritorikası münaqişənin tənzimlənməsi üzrə konstruktiv yanaşmaya niyyətli olmadığını göstərir"

22 Sentyabr 2017 22:32

Film qəhrəmanına bənzəmək üçün 200 əməliyyat keçirdi - SON HALI ŞOKA SALIR - FOTOLAR

22 Sentyabr 2017 22:28

Ankarada referendumla bağlı hansı qərarlar qəbul edildi? -

22 Sentyabr 2017 22:25

Trampla Ərdoğan razılığa gəlib -

22 Sentyabr 2017 22:15

Ağcabədidə ev əşyaları ilə birgə yandı

22 Sentyabr 2017 22:09

Hindistan Pakistana hücum etdi -

22 Sentyabr 2017 22:00

Abşeronda qonşular arasında - Qanlı dava

22 Sentyabr 2017 21:58

Premyer Liqa: "Qarabağ" "Sumqayıt"ı darmadağın edib

22 Sentyabr 2017 21:57

Samir Abasov: "Səhvlərinə görə cavab verəcək"

22 Sentyabr 2017 21:47

Məşhur modelin sinəsi gündəm oldu - FOTOLAR

22 Sentyabr 2017 21:43

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb

22 Sentyabr 2017 21:37

Qurban Qurbanov: "Bu gecə Romaya uçuram"

22 Sentyabr 2017 21:37

Donald Tramp -

22 Sentyabr 2017 21:35

Mey Avropa İttifaqından çıxışın tarixini açıqladı

22 Sentyabr 2017 21:28

Famil Ağayev: "Macarıstanın gücünü birinci setdə gördük"

22 Sentyabr 2017 21:22

Türkiyə sahillərində gəmi batdı -

22 Sentyabr 2017 21:15

40 yaşlı qadını ilan sancdı - Şəkidə

22 Sentyabr 2017 21:14

MTŞ-nın toplantısı başa çatdı -

22 Sentyabr 2017 21:14

İstanbul bələdiyyəsinin sədri istefa verib

22 Sentyabr 2017 21:08