İki gün öncə Bakıda "İkimizin yerine" filminin qala-gecəsi keçirilib. Gecəyə məşhur aktrisalar Serenay Sarıkaya və Zerrin Tekindor qatılıblar. Serenay qaladan sonra keçirilən mətbuat konfransında açıq-saçıq libasına görə çətin anlar yaşayıb. Belə ki, bir neçə dəfə onun alt paltarı görünüb.
Milli.Az bildirir ki, onun geyiminin bizim mətbuatda bu formada yayılması Türkiyə mətbuatında da əks olunub.

Türkiyənin reytinqli saytlarından olan "Haberler.com" "Serenay, Kıyafeti Yüzünden Azerbaycan'da Zor Anlar Yaşadı" başlığı ilə yayılan xəbərində bu barədə məlumat yayıb.

Qeyd edək ki, aktrisanın özü isə hələ bu barədə açıqlama verməyib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:






