500 manat məbləğində pul mükafatını və xüsusi hədiyyəni bu gün keçirilən “Şəmkir” – MOİK oyunundan öncə PFL-in Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov təqdim edib. Öz növbəsində Şəmkir Rayon İcra Hakimiyyəti də fərqlənmiş oyunçunu mükafatlandırıb. Futbolçu hədiyyəni icra başçısı Alimpaşa Məmmədovun adından I müavin Qüdrət Əliyevdən alıb.
Qeyd edək ki, PFL bu oyuna jurnalistlərin səfərini də təşkil edib.





