PFL ən yaxşı qolun müəllifini mükafatlandırdı - FOTOLAR/VİDEO

PFL ən yaxşı qolun müəllifini mükafatlandırdı -   FOTOLAR/VİDEO
15:17 28 Oktyabr 2016
18 İdman
Ölkə mətbuatı
A- A+

Peşəkar Futbol Liqasının layihəsi olan “I Divizionda ayın ən yaxşı qolu” nominasiyasında ilk qalib müəyyənləşib. 


Fanat.Az xəbər verir ki,jurnalistlər və azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, “Şəmkir”in futbolçusu Qeyrət Qənbərovun “Zaqatala”nın qapısından keçirdiyi top sentyabr ayının ən yaxşı qolu seçilib.


Pul mükafatını (500 AZN)  və xüsusi hədiyyəni bu gün keçirilən “Şəmkir” – MOİK oyunundan öncə Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov təqdim edbi. Öz növbəsində Şəmkir Rayon İcra Hakimiyyəti də fərqlənmiş oyunçunu mükafatlandırıb. Futbolçu  hədiyyəni icra başçısı Alimpaşa Məmmədovun adından I müavin Qüdrət Əliyevdən alıb.


Qeyd edək ki, PFL bu oyuna jurnalistlərin səfərini də təşkil edib. 


Fanat.Az










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR