Rusiya NATO-nun Polşa və Baltikyanı ölkələrə qoşun göndərməsini cavabsız qoymayacaq

Rusiya NATO-nun Polşa və Baltikyanı ölkələrə qoşun göndərməsini cavabsız qoymayacaq
06:47 31 Oktyabr 2016
70 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Rusiya NATO-nun 2017-ci ilin əvvəlində Polşa və Baltikyanı ölkələrə dörd batalyon göndərməsini cavabsız qoymayacaq.
"Report" xəbər verir ki, bunu Rusiyanın Şimali Atlantika Alyansındakı daimi nümayəndəsi Aleksandr Qruşko "İzvestiya" qəzetinə bildirib.
"NATO-nun Uelsdəki sammitindən bu yana alyans ölkələrinin nazirlər səviyyəsində keçirilən görüşləri Rusiya-NATO münasibətləri üçün, təəssüflər olsun ki, hər hansı bir müsbət siqnal verməyib. Alyansın tutduğu hazırkı yol get-gedə uzunmüddətli xarakter almağa başlayır. Xüsusilə, alyansın qondarma Şərq "cinahı"nın möhkəmləndirilməsi çərçivəsində batalyon səviyyəsində "gücləndirilmiş" çoxmillətli kontingentlərin formalaşdırılması prosesi gedir və bu batalyonlar 2017-ci ilin əvvəlində Baltik ölkələri və Polşada yerləşdiriləcək", - deyə Qruşko bildirib.
O, "NATO tərəfindən görülən tədbirlərin cavabsız qalmayacağını" qeyd edib. Diplomat, həmçinin bildirib ki, alyans Qara dəniz ərazisində də öz mövcudluğunu gücləndirir.

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiya-nato-nun-polsa-ve-baltikyani-olkelere-qosun-gondermesini-cavabsiz-qoymayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR