Azərbaycanın Ermənistana və beynəlxalq aləmə ultimatum verməsi təklif olunur

Azərbaycanın Ermənistana və beynəlxalq aləmə ultimatum verməsi təklif olunur
13:52 31 Oktyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Necə edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə "mərhələli həll" planı işə düşsün və ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılsın? Düşmən aprel döyüşlərindən və verdiyi itkilərdən nəticə çıxarmadı. Danışıqlarla da alınmır. Böyük dövlətlər isə rəsmi İrəvana təzyiq etmək istəmirlər. Demək, yeganə alternativ Azərbaycanın Ermənistana və beynəlxalq aləmə ünvanlayacağı ultimatum olmalıdır.

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.


Politoloq təklifini belə əsaslandırıb: "Bu ultimatumda deyilməli və yazılmalıdır ki, müəyyən vaxt ərzində (məsələn, 3 ay ərzində) Ermənistan Dağlıq Qarabağa aidiyyatı olmayan rayonları boşaltmazsa, Azərbaycan ordusu bu torpaqları azad etmək əməliyyatına başlamaq məcburiyyətində qalacaq. Qoy həm Ermənistan, həm də beynəlxaq aləm vahimə içində olsun. Bəlkə, onda nəsə hərəkətlənmə olar. Çünki başqa çarə qalmayıb".

İlkin İzzət

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR