Piyada keçidindən istifadə etməyən şəxs qəzaya səbəb oldu - FOTO

Piyada keçidindən istifadə etməyən şəxs qəzaya səbəb oldu - FOTO
14:27 31 Oktyabr 2016
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda keçiddən istifadə etməyən sürücü avtomobil qəzasına səbəb olub.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Xırdalan şəhəri Heydər Əliyev prospektində baş verib.
10 GA 256 dövlət qeydiyyat nişanlı "Azsamand" markalı avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb. Sürücü yüngül bədən xəsarətləri alıb.
Hadisə yerinə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. Araşdırmalar zamanı məlum olub ki, piyada qəfildən yola çıxıb. "Azsamand" markalı avtomobilin sürücüsü piyadanı vurmamaq üçün maşını səkiyə çırpıb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/484852.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR