Millimizin rəqibi baş məşqçiylə yeni müqavilə bağladı

Millimizin rəqibi baş məşqçiylə yeni müqavilə bağladı
16:53 31 Oktyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Almaniya yığmasında baş məşqçiylə müqavilə yenilənib.

Publika.az xəbər verir ki, Almaniya Futbol İttifaqı Bundestimin çalışdırıcısı Yoahim Lövlə anlaşmanın müddətini 2020-ci ilədək artırıb. Lövün əvvəlki müqaviləsi 2018-ci ilədək nəzərdə tutulmuşdu.

2006-cı ildən Almaniya millisini çalışdıran 56 yaşlı mütəxəssisin ən böyük uğuru 2014-cü ildə komandaya dünya çempionluğunu qazandırmasıdır. Həmin il o, FİFA tərəfindən ilin ən yaxşı baş məşqçisi seçilmişdi.

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparan Almaniya 3 turdan sonra C qrupuna başçılıq edir. Dünya çempionlarından 2 xal geri qalan yığmamız isə 2-ci pillədədir.

Pərviz Hikmət


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR