"Sadəcə, yatmaq istəyirəm" - dünyanı vizasız dolaşan Bakıya gəldi - VİDEO - FOTO

"Sadəcə, yatmaq istəyirəm" - dünyanı vizasız dolaşan Bakıya gəldi - VİDEO - FOTO
10:27 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Üç gündür ki, yatmıram. Daha doğrusu, düz üç sutkadır. Sadəcə, yatmaq istəyirəm. Yatmaq... Bakıda polislər çox mehriban, qayğıkeşdir. Əvvəl sənədlərimi yoxladılar, çantama baxdılar, sonra səyyah olduğumu biləndə yemək, pul təklif etdilər. Hətta otelə aparmaq istəyən də oldu. O biri insanlar da belə. Çox qayğıkeş insanlarınız var".

"Vizasız səyyah", "dünyanı vizasız dolaşan adam" kimi tanınan Qazaxıstan vətəndaşı Sergey Bondarenko Bakıdadır.

Milli.Az bildirir ki, Sergey Bondarenkonu məşhurlaşdıran onun səyahətə pulsuz, vizasız yollanmasıdır.

Sergey indiyədək yol maşınlarından yararlanaraq 14 ölkəni dolaşıb.

"Olduğum ölkələrdə mənə ən çox yardım edən polislər idi. Bəli, təəccüblənməyin. Çində olanda küçədən keçən insanlar mənə, belimdəki çantama təəccüblə baxır, sonra pul və yemək verirdilər. Soyuq günlərdə otellərə girir, hollda qalırdım. Orada oturmağıma icazə istəyirdim. Lakin hər dəfə məni nömrələrdə yerləşdirirdilər, pul da almırdılar. Çində olduğum 26 gün ərzində çox şəhəri dolaşdım. Yalnız Urumçinin, Pekinin və Kunminin adları yadımda qalıb", - S. Bondarenko söyləyib.

Daha sonra o, Laos, Kamboca, Tailand, Nepal, Malayziya, Birma, Vyetnam, Monqolustanda olub.

Bir qədər keçəndən sonra isə Sergey Belarus, Ukrayna, Gürcüstanı dolaşıb, indi də Bakıdadır.

Sergeyin sözlərinə görə, dünyanı dolaşmaq niyyətindədir və səyahətlərinə bir dollar da xərcləmir.

"Bu, prinsip məsələsidir. Dünya ölkələrini pulsuz, avtostop yolu ilə dolaşmağın mümkün olduğunu sübut etmək istəyirəm. Səyahətim barədə kitab yazıram, - söyləyən unikal səyyahın sözlərinə görə, hələlik evlənmək, ailə qurmaq niyyətində deyil. - Səyahətim başa çatmayınca evlənməyəcəyəm. Həyatımı səyahətə həsr etmək istəmirəm. Bu macəra sonrakı həyatımın, işlərimin bünövrəsidir. Çünki kimsənin etmədiyi, bacarmadığı işi gerçəkləşdirməklə özümü tanıtmaq istəyirəm. Ailə isə səyahətimin yarımçıq qalmasına yönəlmiş potensial təhlükədir. İndi kimisə sevsəm, kiməsə vurulsam, qalmalı, səyahəti dayandırmalı olacağam. Doğrudur, bəzən çox qüssələnirsən, kədərlənirsən, sevgi istəyirsən. Amma tənhalıq da mənə bəsdir. Təbii, gələcəkdə ailəm, övladlarım olacaq. Amma indi məqsədim başqadır. Qazaxıstanın bayrağını bütün dünya ölkələrindən keçirmək istəyirəm".

Sergey Bondarenkonun sözlərinə görə, bəxtəvərdir.

"Bəli, bəxtəvərəm. Çünki yeni yerləri gəzirəm, yeni insanlarla tanış oluram, arzumu gerçəkləşdirirəm. Səyahətim ən azı iki il davam edəcək. Sonrakı planlar barədə hələlik danışmaq istəmirəm. Milli.Az-a da minnətdaram ki, mənimlə maraqlanırsınız. İndisə, icazənizlə, yatmaq istəyirəm. İnanın, üç sutkadır yatmıram".

Bunu deyən Sergey seçdiyi "yatağına" uzandı və ədyalı başına çəkdi...

Orxan Hun
Milli.Az






























RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Tovuzda 4 otaqlı ev yandı

20 Sentyabr 2017 02:38

Messi "Barselona" - "Eybar" matçında poker edib

20 Sentyabr 2017 02:37

Ərdoğan BMT-də Qarabağdan danışdı

20 Sentyabr 2017 02:24

Gəyirmənin səbəbi və qarşısını almaq üsulları

20 Sentyabr 2017 02:03

Ebru Gündeş Bakıda toyda

20 Sentyabr 2017 01:59

İlham Əliyev BMT-də nahara qatıldı

20 Sentyabr 2017 01:49

Brüssel 2020-ci il Avropa çempionatına təşkilatçılıq hüququndan məhrum edilə bilər

20 Sentyabr 2017 01:47

Kariyesin yaranma səbəbləri məlum oldu

20 Sentyabr 2017 01:45

Sitalçayda 350 ədəd partlamamış hərbi sursat aşkar edilib

20 Sentyabr 2017 01:42

Bu gün UEFA Azərbaycan üçün tarixi qərar verə bilər

20 Sentyabr 2017 01:32

Ərdoğan: "Qarabağ münaqişəsinin həlli üçün daha çox səy göstərməliyik"

20 Sentyabr 2017 01:28

İlham Əliyev BMT-nin baş qərargahında rəsmi dövlət naharında iştirak edib

20 Sentyabr 2017 01:22

"Rosneft" İraqdakı regional hökumətlə müqavilə imzaladı -

20 Sentyabr 2017 01:20

Rusiya hərbi təyyarələri amerikalı əsgərləri vurdu -

20 Sentyabr 2017 01:05

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırıb

20 Sentyabr 2017 00:52

Daha bir ölkə Ərbilin referendum qərarına qarşı çıxdı

20 Sentyabr 2017 00:49

Meksikada güclü zəlzələ: ölənlər var

20 Sentyabr 2017 00:44

Kərkükdə vəziyyət gərginləşdi -

20 Sentyabr 2017 00:30

Azərbaycan neftinin SON QİYMƏTİ -

20 Sentyabr 2017 00:20

İsraili yer üzündən silərik -

20 Sentyabr 2017 00:10

Astroloji proqnoz - 20 sentyabr

20 Sentyabr 2017 00:03

Rusiya nümayəndə heyəti Litva prezidentinin BMT-də çıxışı öncəsi zalı tərk edib

20 Sentyabr 2017 00:02

Bu gün Azərbaycanda Neftçilər günüdür

20 Sentyabr 2017 00:02

Meksikada 7,1 bal gücündə zəlzələ olub

19 Sentyabr 2017 23:58

Klinton yenə Trampı tənqid etdi

19 Sentyabr 2017 23:49

Meksikada güclü zəlzələ - İnsanlar küçələrə axışdı - FOTO

19 Sentyabr 2017 23:48

Bu ölkədə hicaba qadağa qoyuldu

19 Sentyabr 2017 23:38

75 ildir evli olan cütlük eyni gündə vəfat ediblər -

19 Sentyabr 2017 23:34

Daha bir ev kül oldu

19 Sentyabr 2017 23:29

Meksikanın paytaxtında 7,4 bal gücündə zəlzələ baş verib

19 Sentyabr 2017 23:27

Rusiya Dövlət Kitabxanası təxliyə edildi - Bomba həyəcanı

19 Sentyabr 2017 23:23

Proqnoz -

19 Sentyabr 2017 23:21

İraq ordusu daha bir bölgədə əməliyyatlara başladı -

19 Sentyabr 2017 23:15

Şəkidə qadın özünü asdı

19 Sentyabr 2017 23:14

Myanmada təqribən 200 kənd yandırılıb

19 Sentyabr 2017 23:12

İsveçrəda üzün bağlanmasına qadağa

19 Sentyabr 2017 22:54

"Mariya" qasırğası ABŞ-a yaxınlaşır -

19 Sentyabr 2017 22:50

Sevdiyim üçün dua edirəm

19 Sentyabr 2017 22:33

ABŞ müdafiə xərclərinə rekord məbləğdə vəsait ayıra bilər

19 Sentyabr 2017 22:33

Gənc Tamaşaçılar Teatrının aktrisası beynəlxalq diploma layiq görülüb

19 Sentyabr 2017 22:32

Göygöldə qəza: iki avtomobil toqquşdu

19 Sentyabr 2017 22:23

Ruhani ABŞ-ı hədələdi -

19 Sentyabr 2017 22:14

Külli miqdarda pul unitazlara atıldı -

19 Sentyabr 2017 21:55

Ağdamd ev kül oldu

19 Sentyabr 2017 21:49

Salyanda dəhşətli qəza: 4 qadın öldü

19 Sentyabr 2017 21:44

Azərbaycanda şagird müəllimə "Faşist salamı" verdi -

19 Sentyabr 2017 21:40

“Qızıl oğlan” mükafatına namizədlərin SİYAHISI

19 Sentyabr 2017 21:38

Yevlaxda xadimələri daşıyan avtobus qəzaya uğrayıb

19 Sentyabr 2017 21:32

BNA sürücülərin döyülməsindən narahatdır -

19 Sentyabr 2017 21:30

Rahibələrin rok qrupu dünya turnesində - VİDEO

19 Sentyabr 2017 21:28