"14 il ömrümü çürüdən qayınana" - həqiqətənmi gəlin qaynanasına cadu edib? - VİDEO

"14 il ömrümü çürüdən qayınana, inşallah keçirdiyin axırıncı ad günü olar".

Aytən adlı qadın sosial şəbəkələrdə qayınanası üçün arzularını belə ifadə edib. Hətta bu azmış kimi qayınanasının və qayınatasının şəkillərini də ağız hissələrinə qıfıl vurulumuş halda torpağa basdırılmış şəkildə fotosunu çəkib. İddialara görə, bu, həmin qadına cadu olunduğunu göstərir.

Bir nəfərin dəniz kənarında tapdığı və sosial şəbəkələrdə paylaşdığı bu şəkillər cadugarlığın hələ də aktual olduğunu, insanların ciddi mənada inandığını göstərir. Sosiolqlar insanları belə əməllərdən uzaq durmağa səsləyirlər. Bunun əvəzində isə problemlərin ünsiyyət vasitəsi ilə həll olunmasını tövsiyyə edirlər. Cadugarlıqla məşğul olanlar isə insanları öz torlarına salıb onlardan istifadə edirlər.

Cadugarlığa inanmaq və istifadə etmək dini baxımdan da doğru hesab edilmir. Belə fəaliyyətlə məşğul olanlar isə cinayət məsuliyyəti də daşıya bilər. (Xəzər xəbər)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR