Azərbaycanda yeni film çəkilir - FOTO

Azərbaycanda yeni film çəkilir - FOTO
19:37 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

NARİMANFİLM kinostudiyası xəbər verir ki, "HƏMRƏYLİK GÜNÜ" adlı tammetrajlı bədii filmin çəkilişlərinə start verir. Film komediya janrındadır və "Yeni il" mövzusunda bu janrda çəkiləcək ilk milli filmdir.

Milli.Az xəbər verir ki, film yeni il axşamı Bakıdan kənarda dörd avtomobilin toqquşmasından və həmin avtomobillərin sürücülərinin və sərnişinlərinin bir-birilərini günahlandırmasından bəhs edir. Bu qızğın mübahisə əsnasında yeni ilə artıq sayılı dəqiqələr qalması qəhrəmanların tamamilə yadından çıxmaq üzrədir və onlar yeni ili necə keçirmələri barədə təcili qərar verməlidirlər...

Filmdə tanınmış aktyorlar: Azər Aydəmir, Zəhra-Rüstəm Osmanova, Rauf Şahsuvarov, Zemfira Əbdülsəmədova, Ədalət Əbdülsəmədov, Beyrək Rüstəmzadə, Tural Əhməd, Midhət Aydın, Ramin Şıxəliyev və Nofəl Şahlaroğlu rol alacaqlar.

Film son zamanlar Azərbaycanda kinosevərlər arasında səs-küyə səbəb olmuş "PƏRDƏ" filminin yaradıcıları tərəfindən ərsəyə gələcəkdir. Filmin baş prodüseri Nəriman Məmmədov, quruluşçu rejissoru və ideya müəllifi Emil Quliyevdir.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/485242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR