Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
11:12 2 Noyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və qanunsuz olaraq narkotik vasitə saxlamaqda təqsirləndirilən Rahib Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Tağıyev 3 min manat cərimə olunmaqla 1 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, R.Tağıyev Maarif Məmmədov və Əli Piriyev adlı şəxsləri Heydər Əliyev Beynəlxalq Hava Limanında işə düzəltmək adı ilə aldadaraq, onların pullarını dələduzluq yolu ilə ələ keçirib. Belə ki, o, M.Məmmədovdan 7500, Ə.Piriyevdən isə 10000 manat pul alıb. Polis əməkdaşları tərəfindən saxlanılan R.Tağıyevin üzərindən marixuana aşkar edilib.
O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 234-cü (narkotik) maddələri ilə ittiham olunub.
Xatırladaq ki, istintaq və məhkəmə zamanı R.Tağıyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR