"Qarabağ" Yunanıstandan qələbə ilə qayıdır

UEFA Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib.

Metbuat.az-ın məlumatına görə, təmsilçimiz “Qarabağ” PAOK-un qonağı olub. İlk hissədə qapılara qol vurulmayıb. İkinci yarıda isə səssizlik pozulub. Meydana sonradan daxil olan Migel Madera "Qarabağ"ın yeganə qoluna imza atıb. Beləliklə, səfərdə də PAOK-a qalib gələn Ağdam təmsilçisi xallarının sayını 7-yə çatdırıb.

UEFA Avropa Liqası

J qrupu

3 noyabr

PAOK - “Qarabağ” - 0:1

Qol: Migel Madera, 69

Baş hakim: (Şotlandiya).

Saloniki. “Tumba” stadionu.

"Qarabağ" hazırda "J" qrupunun ikinci pilləsində qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR