Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilir. Metbuat.az-ın məlumatına görə, C qrupunda mübarizə aparan təmsilçimiz “Qəbələ” növbəti oyununa çıxıb.
Roman Qriqorçukun komandası 39-cu dəqiqədə hesabı açmasına baxmayaraq, sonradan buraxılan iki qola qarşılıq verə bilməyib. Nəticədə "Qəbələ" meydanı başıaşağı tərk edib.
UEFA Avropa Liqası
C qrupu
3 noyabr
“Qəbələ” - “Sent-Etyen” - 1:2
Qollar: R.Qurbanov, 39 (1:0). U.Tannan, 45+1 (1:1). R.Beriç, 53 (1:2)
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Bakı. "Bakcell Arena".
Xatırladaq ki, Fransada keçirilən "Sent-Etyen" - "Qəbələ" matçı ev sahiblərinin 1:0 hesablı qələbəsiylə yekunlaşmışdı.