Manaf Ağayev toysuzluqdan şikayətləndi

Manaf Ağayev toysuzluqdan şikayətləndi
17:21 3 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Azərbaycanın ən qədim adət-ənənələrindən olan toy şənlikləri sıradan çıxmaq üzrədir".

Axşam.az AzNews.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev deyib.

O, qeyd edib ki, əvəllər ay ərzində 15-17 toya dəvət alırdısa, bu gün həmin rəqəm 3-5-ə düşüb:

“İki il bundan əvvəl olan toylar bir də təkrarlanmayacaq. Azərbaycanda toy mühiti ölüb. İndi 3-5 toy ola, ya olmaya. Sənət yoldaşlarımın eləsi var ki, heç bir toya da dəvət almır”.

M.Ağayev toyların sayının az olmasının səbəbini maliyyə problemi ilə əlaqələndirib:

“Camaatın imkanı yoxdur, həm də bu gün toylara getmirlər. Toy sahibi borca düşür. Sonuncu apardığım toylarda bunun şahidi olmuşam. Yarıdan çox yer boş qalır. Ona görə də, heç kəs toy etmir”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR