Manaf Ağayev şikayətləndi

Manaf Ağayev şikayətləndi
18:27 3 Noyabr 2016
85 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın ən qədim adət-ənənələrindən olan toy şənlikləri sıradan çıxmaq üzrədir.

Milli.Az xəbər verir ki, bu barədə aznews.az-a açıqlamasında müğənni Manaf Ağayev bildirib. O qeyd edib ki, əvəllər ay ərzində 15-17 toya dəvət alırdıqsa, bu gün həmin rəqəm 3-5-ə düşüb: "İki il bundan əvvəl olan toylar bir də təkrarlanmayacaq. Azərbaycanda toy mühiti ölüb. Əvəllər bir ayda hardasa 15-17 toya gedirdim. İndi 3-5 toy ola, ya olmaya. Sənət yoldaşlarımın eləsi var ki, heç bir toya da dəvət almır". 

M.Ağayev toyların sayının az olmasının səbəbini maliyyə problemi ilə əlaqələndirib: "Camaatın imkanı yoxdur, həm də bu gün toylara gələn də yoxdur. Toy sahibi borca düşür. Sonuncu apardığım toylarda bunun şahidi olmuşam. Yarıdan çox yer boş qalır. Ona görə də heç kəs toy etmir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/485930.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR