Deputat Baloğlan Əşrəfova görə bütün zalı ayağa qaldırdı - FOTOLAR

Deputat Baloğlan Əşrəfova görə bütün zalı ayağa qaldırdı - FOTOLAR
17:03 4 Noyabr 2016
181 Digər
Ölkə mətbuatı
A- A+

Yolumuz Masallıyadır. Azərbaycanın səfalı və füsunkar guşələrindən olan Masallı çox qədim tarixə malikdir. Aparılan arxeoloji, elmi tədqiqatlar və yazılı mənbələr göstərir ki, Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşayıb. Bu diyar antik dövrdə Manna, Atropatena dövlətlərinə, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinə daxil olub. XVI-XVIII əsrin ortalarına qədər Masallının indiki ərazisi Səfəvilər dövlətinin tərkibində olub. XVIII əsrin ortalarında yaranan Talış xanlığı bu ərazini də əhatə edib. XIX əsrin ortalarında Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının ərazisi Lənkəran qəzası adlanıb. Azərbaycanın cənubunda yerləşən Masallı rayonunda 10-dan artıq müxtəlif xalqların nümayəndəsi yaşayır.

Publika.az-ın “Haralısan” layihəsində Masallıdan olan tanınmışlar danışacaq.

“Dərsdən qaçdım və…”

Elşən Rüstəmov, aktyor, Əməkdar artist:

- Masallı camaatı həmişə qonaqpəravərliyi və bir də gözəl təbiəti ilə seçilib. Bir sərt xüsusiyyətləri var, o da həddən artıq mühafizəkar olmalarıdır. Həyatımın ən gözəl dövrü olan uşaqlıq çağlarımı Masallıda keçirmişəm. Ondan sonra yaşadığım illər həyatımda sən deyən iz buraxmayıb. Bu da təsadüf edir 1970-ci illərə.

Atam təhsil aldığım dil-ədəbiyyat müəllimi idi, buna görə məsuliyyət daşıyırdım. Bir gün sinif yoldaşlarıma qoşulub dərsdən qaçdım, bu, mənə çox ağır başa gəldi. Bizim bölgədə çoxlu çay planitasiyaları olduğundan bizə çayçılıq adlı dərs saatı ayırmışdılar. Bir gün dərsdən qaçdıq və uzaqdan gördük ki, direktorumuz İsgəndər müəllim maşınla gəlir. Bizi görəndə gözləri necə bərəldisə, qorxudan tir-tir əsməyə başladıq. Amma geri qayıtmaq artıq gec idi. Səhəri gün hamımızı sıraya düzüb o ki, var danladı. Xəbər atama da gedib çatdı.

Bir xatirəmi də bölüşüm: Uşaqlıqdan musiqiyə böyük həvəs göstərirdim, qarmon çalırdım. Hər gün avtobusa minib rayon mərkəzinə musiqi məktəbinə gedib-gəlirdim. 4-cü sinifdə oxuyurdum onda. Sizin kimi bir jurnalist xanım gəldi və məndən müsahibə aldı. Səhəri gün Masallının “Çağırış” qəzetində şəklim və müsahibəm çıxdı. Bir günün içində 4-cü sinifdə oxuyan oğlan məşhur oldu. İndi də o hadisəni xatırlayanda içimi sevinc hissi doldurur.

“Deputat göstəriş verdi ki, hamı ayağa qalxsın”

Baloğlan Əşrəfov, müğənni, Əməkdar artist:

- Masallı mənim doğulduğum yer, xatirələrimin beşiyidir. İlk dəfə məni müğənni kimi alqışlayan da Masallı camaatı olub. İlk dəfə mahnılar oxuyanda cavan uşaq idim. Bir xatirəm yadıma düşdü, qoyun danışım. Sovetin vaxtlarında dedilər ki, SSRİ ali sovetinin deputatı Zəhra Salayeva Masallıya gəlir. Bu münasibətlə konsert təşkil elədilər, onda heç məşhur deyildim, elə toyda-məclisdə oxudurdular. Mən o konsertə çıxıb oxudum. Deputat ayağa qalxdı və başladı məni alqışlamağa. İfam o qədər xoşuna gəlmişdi ki, bütün zala göstəriş verdi ki, ayağa qalxıb, məni ayaqüstə alqışlasınlar. İkinci mahnını da hazırlamamışdım, amma bu alqışlardan sonra başladım yenə oxumağa. Heç vaxt yadımdan çıxmır bu hadisə.

Masallı dadlı mətbəxi, gözəl təbiəti, zəhmətkeş insanları ilə məşhurdur. Orda bişirilən ləvənginin dadını heç yerdə almaq mümkün deyil.

“Məni qol-qıç edib düz apardı məktəbə”

Cavanşir Yusifli, tənqidçi:

- Masallıda keçirdiyim uşaqlıqla bağlı xatirələrim çoxdur. Birini danışım. Düşünürəm ki, hər kəsdə belədir. Nədənsə, yalnız uşaqlıq adlanan guşə şəffaf qalır. Amma insan həyatında gərək nələrsə baş versin ki, oradakı olaylar canlansın. Yəni, sual verməklə deyil. Məncə, biri belədir. Birinci sinfə getmək yaşım çatmışdı. Ancaq nədənsə məktəbə getmək, düzü, oxumaq istəmirdim. İzaholunmaz qorxu vardı. Candərdi qardaşımla getdim məktəbə. Cəmi 24 günüm çatmırdı. Götürmədilər. Mən də sevindim. Sonrakı il təxminən bir il gecikməm vardı. Bu dəfə də məktəbə heç getmək istəmirdim. Bu məqsədlə, dərs ili, sentyabrın 1-i gələn kimi evdən qaçdım, ancaq çox uzağa gedə bilmədim. Evimizdən asfalt yola qədər bir az vardı, qəbiristanlığın yanına çatmışdım ki, əmioğlu məni yaxaladı, qol-qıç edib düz apardı məktəbə. Özü də yay paltarında (şortik-mayka), düz sinfin ortasına atdı. Bir neçə gündən sonra maraqlı gəldi və oxumalı oldum. Sonra oxumaqdan doymadım. Belə bir şey də olmuşdu. Bir gün hansı fəndənsə 2 almışdım, necə olmuşdusa. Qorxurdum evə getməyə. Gecəni banda keçirdim.

“Qız alanda göyçəyin al, ağlı qalıb baxtına”

Zahir Əmənov, jurnalist:

- Təbii ki, Azərbaycanımızın hər guşəsinin özünəməxsus bir gözəlliyi olduğu kimi Masallının da şair demişkən öz “türfə əlamətləri” var. Cənubla lap bir az tanışlığı olanlar bilir ki, təbiət Masallıda heç nəyi əsirgəməyib-uca dağlar, nadir ağaclar zəngin meşələr, hər nemət yetirən bərəkətli torpaq və sair. Özəlliklərə qalanda Masallı meşələri dəmirağac kimi nadir ağaclarla zəngin olan yerdir. Masallı İstisuyu cənubda digər İsti sularla müqayisədə daha qızmar, daha müalicə əhəmiyyətli sudur. İstisu ərazisində “Donuzütən” deyilən bir yer var. Hansı ki, 20-30 metr yüksəklikdən tökülən bu su o qədər qaynardır ki, keçmişdə ovlanmış donuzları burada ütərmişlər. Hələ “Yanar dağ” və digər təbiət möcüzələrini demirəm. Masallı adının haradan yaranması barədə çoxlu versiyalar var. Bunlardan da biri odur ki, Masallı məsəl çəkənlər məskənidir. Bunu Masallıya qədəm qoyan kimi hiss etmək mümkündür. Rəhmətlik Səriyyə nənəm və Mənsumə anam da tez-tez məsəl çəkərdilər. Bu məsəllərin çoxunu elə özləri yaradardı. Səriyyə nənəmin yarızarafat dediyi bir məsəl heç yadımdan çıxmır. O deyərdi ki, qız alanda göyçəyin al, ağlı qalıb baxtına. Mən qarışıq bir neçə qohumun buna əməl etdi və ikitərəfli udduq. Masallıların qonaqpərvərliyinə heç kimi şübhəsi ola bilməz. Hətta ev tikəndə əvvəl bir qonaq otağı inşa edir, sonra digər otaqlara başlayırlar. Bir zəif cəhətləri isə odur ki, ev tikəndə o qədər geniş tikirlər ki, ömürlərinin sonuna kimi inşaat işlərini baş çatdıra bilmirlər. Bunları eşitməkdənsə Masallıya gəlib öz gözlərinizlə görsəniz daha yaxşı olar. Həm ləvəngili mətbəximizlə tanış olar, həm də xoruz səsi eşitməyən məsəllər, rəvayətlər dinləyərsiniz.

… Nəzərə alarıq hörmətli həmkarımız. Masallıda bir neçə dəfə olmuşam. Yayda o yerləri gəzib-dolaşmağın ayrı ləzzəti var. Gözəl təbiətinə söz ola bilməz. Nə qədər tərifləsək də, Masallının gözəlliyi qarşısında zəif görünəcək. İnsanlarına gəlincə, zəhmətkeş, istiqanlı, amma həddən artıq mühafizəkar olurlar.

Cəvahir Səlimqızı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“AXA MBASK”ın səhmdarları toplaşacaq

20 Sentyabr 2017 09:42

Qızıl 6 dollar

20 Sentyabr 2017 09:41

Ağır yol qəzası: 4 nəfər öldü

20 Sentyabr 2017 09:38

Azərbaycan nefti 1% bahalaşıb

20 Sentyabr 2017 09:37

Nicat Muxtarov barəsində həbs qətimkan tədbiri

20 Sentyabr 2017 09:37

“Unibank”ın rəhbərliyində dəyişikliklər olacaq

20 Sentyabr 2017 09:37

“Heç bir ölkə bunu qəbul etməz”

20 Sentyabr 2017 09:35

Ebrü Gündeş illər sonra Bakıda - VİDEO

20 Sentyabr 2017 09:33

Xəsarət alanlar arasında Azərbaycan vətəndaşı varmı?

20 Sentyabr 2017 09:33

Almaniyanın 2 şirkəti Azərbaycan bazarını tərk edir

20 Sentyabr 2017 09:32

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (20.09.2017)

20 Sentyabr 2017 09:32

Bakıda konsert kimi toy:

20 Sentyabr 2017 09:29

XİN: Meksikadakı zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

20 Sentyabr 2017 09:28

Bakıda bal yarmarkası keçiriləcək

20 Sentyabr 2017 09:24

Cəbhədə silahlar susmur

20 Sentyabr 2017 09:23

Lənkəranda sakini avtobusdan yıxılaraq ağır xəsarət alıb

20 Sentyabr 2017 09:22

Cəhhədə gərgin gecə

20 Sentyabr 2017 09:20

Neft bahalaşdı

20 Sentyabr 2017 09:18

“Azersun Holding”ə məxsus 3 müəssisə birləşir

20 Sentyabr 2017 09:17

Rövnəq Abdullayev: "SOCAR qaz hasilatının artırılması üçün tərəfdaşlarla məqsədyönlü işlər aparır"

20 Sentyabr 2017 09:17

Atəşkəs 127 dəfə pozuldu

20 Sentyabr 2017 09:14

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin vəzifəli əməkdaşı vəfat edib

20 Sentyabr 2017 09:12

Ermənilər atəşkəs rejimini 127 dəfə pozub

20 Sentyabr 2017 09:12

32 yaşlı kişi özünü körpüdən atdı - Şəkidə

20 Sentyabr 2017 09:09

“Neft Daşları”nda yeni quyu istismara verilib

20 Sentyabr 2017 09:07

Meksikada baş verən zəlzələdə ölənlərin sayı 150 nəfərə çatdı -

20 Sentyabr 2017 09:06

Ərdoğan:

20 Sentyabr 2017 09:05

Biləsuvarda ağır yol qəzası: 4 ölü

20 Sentyabr 2017 09:03

Qapalı məkanlarda siqaretin ardınca SULU QƏLYAN QADAĞASI

20 Sentyabr 2017 08:53

Meksikada zəlzələ nəticəsində məktəb binası uçub, 22 uçaq ölüb

20 Sentyabr 2017 08:52

İlham Əliyev Trampın və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 08:38

Zəlzələ Meksikanı bu günə qoydu - DƏHŞƏTLİ FOTOLAR

20 Sentyabr 2017 08:33

Azərbaycanın yeraltı anbarlarında 2,2 mlrd. kubmetr aktiv qaz var

20 Sentyabr 2017 08:32

Biləsuvarda ağır qəza: ölən və yaralananlar var

20 Sentyabr 2017 08:04

Döymə sənətində YENI TREND: Venesiya və Viktoriya mədəniyyəti bir arada - FOTOLAR

20 Sentyabr 2017 08:03

Biləsuvarda bir neçə nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib

20 Sentyabr 2017 08:02

Moskvada azərbaycanlı müttəhim məhkəmə zalından qaçıb

20 Sentyabr 2017 07:47

Ərdoğan: “Kürdlər bizim dostlarımızdır”

20 Sentyabr 2017 07:44

21-ci əsrdə mağarada yaşayan adam: “Həyatımdan məmnunam” - FOTOLAR

20 Sentyabr 2017 07:03

Boliviya prezidenti ABŞ rəhbərliyini bəşər üçün başlıca təhlükə adlandırıb

20 Sentyabr 2017 06:47

Xızıda 350 ədəd partlamamış hərbi sursat tapıldı

20 Sentyabr 2017 06:24

Azərbaycan üçün tarixi qərar verilə bilər

20 Sentyabr 2017 06:03

Bakıda gənc oğlanı avtomobil vuraraq ağır xəsarət yetirib

20 Sentyabr 2017 05:32

Moskva bazarında qətl

20 Sentyabr 2017 05:28

Maduro Trampı "yeni Hitler" adlandırıb

20 Sentyabr 2017 05:27

Gündüz İsmayılov: "Bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar"

20 Sentyabr 2017 05:02

Bakıda orta yaşlı kişi məhkəmə binası qarşısında döyülüb

20 Sentyabr 2017 04:52

Eks sevgilisi aktyordan 1 milyon tələb edir

20 Sentyabr 2017 04:49

İlham Əliyev: "Bizim xarici siyasətlə bağlı uğurlarımız barədə danışmaq üçün çox vaxt lazımdır"

20 Sentyabr 2017 04:37

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırdı

20 Sentyabr 2017 04:33