Xankəndidəki separatçı rejim Dağlıq Qarabağın adını dəyişmək qərarına gəlib. Yeni qərara görə, ermənilər Dağlıq Qarabağı bundan sonra "Artsax Respublikası" adlandıracaqlar.
Milli.Az İnterfaks-a istinadən bildirir ki, bunu Dağlıq Qarabağ "parlamentinin spikeri" Aşot Gülyan deyil.
"Artıq Dağlıq Qarabağın yox, Artsax Respublikasının Konstitusiyası olacaq. Tarixi ada qayıdış yeni Konstitusiyanın elə ilk maddəsində əks olunacaq", - A.Gülyan deyib.
"Yeni Konstitusiya"nın layihəsi Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyana təsdiq üçün təqdim olunacaq.
Milli.Az