Məşhur erməni hüquq müdafiəçisi Vahe Avetyan Bakıya növbəti dəfə səfər edib.

Erməni siyasi fəal yenidən Bakıda - "Salam Aleykum Azerbajdzjan!" - FOTO

Milli.Az qafqazinfo-a istinadən xəbər verir ki, Bakı aeroportunda olan Avetyan Azərbaycanı öz dilimizdə salamlamağa çalışıb: "As Salam Aleykum Azerbajdzjan!"

İsveçdə yaşayan siyasi mühacir və Sarkisyan rejiminin tənqidçisi olan V.Avetyan sonuncu dəfə Bakıya oktyabrda gəlmişdi, həmin ayın 11-də Frankfurta qayıtmışdı.

Ötən gəlişi haqda "Buna ürəyin, ruhun səfəri demək olar" açıqlamasını verən Avetyanın budəfəki gəlişinin səbəbi məlm deyil.

Erməni siyasi fəal yenidən Bakıda - "Salam Aleykum Azerbajdzjan!" - FOTO

Qeyd edək ki, Vahe Avetyanın Xocalı qurbanlarının abidəsinə gül qoymaq arzusunun da olduğunu açıqlamışdı.

Milli.Az