AZAL-ın futbolçuları dalaşdı

AZAL-ın futbolçuları dalaşdı
18:24 6 Noyabr 2016
80 Digər
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XI turu çərçivəsində baş tutan AZAL – “Qəbələ” oyunu başladığı kimi də gərgin bitib. Apasport.az saytının məlumatına görə, matçın son dəqiqələrində meydan sahiblərinin iki futbolçusu David Canalidze və Emin Cəfərquliyev arasında söz savaşı baş verib.

 

Əlverişli imkanı boşa verən gürcü futbolçu komanda yoldaşının sərt qınağına tuş gəlib. Bunun müqabilində həmkarına kobud cavab verən gürcü ilə Emin arasında münaqişə yaranıb.

 

AZAL-lı futbolçuların müdaxiləsi ilə instident əlbəyaxa davaya çevrilmədən sakitləşdirilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258710

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR