Müğənni Manaf Ağayev “Unut məni” adlı yeni mahnısını təqdim edib.
Axşam.az-ın məlumatına görə, ifaçı gündəmə yalnız mahnıları ilə gəlməyə çalışdığını deyib:
“Son dövrlər mətbuatda barəmdə əsassız məlumatlar dərc olundu. Məşhur sima olduğuma görə, haqqımda çıxan hər bir xəbər müzakirələrə səbəb olur. İllərdir yalnız ifa etdiyim mahnılarla insanların rəğbətini qazanmışam. Ona görə də məni tənqid edənlərin cavabını yalnız mahnılarımla verirəm. Bu gün də yeni mahnımı dinləyicilərin ixtiyarına verirəm. Həmkarım Sevil İsgəndərli ilə birgə ifa etdiyim bu mahnının dinləyicilər tərəfindən seviləcəyinə inanıram”.
Qeyd edək ki, bəstəni Müşfiq Ağayev aranjiman edib.