Azərbaycanın ən böyük diaspor təşkilatı ofisindən çıxarıldı

Azərbaycanın ən böyük diaspor təşkilatı ofisindən çıxarıldı
13:32 8 Noyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Rusiyadakı ən böyük diaspor təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) yerləşdiyi ofisindən çıxarılıb.

Milli.Az bildirir ki, bu barədə lent.az-a Moskvadakı mənbələrdən məlumat daxil olub. Mənbənin dediyinə görə, ÜAK hazırda Rusiya paytaxtında yerləşən "Bakı" kinoteatrının 2 kiçik otağına sığınıb.

"ÜAK son iki ildə ikinci dəfədir ki, ofisindən qovulur. ÜAK-ın ofisi əvvəl Moskvanın mərkəzində, "Svetnoy Bulvar" metrostansiyası yaxınlığında yerləşirdi. İcarə haqqı vaxtında verilmədiyindən Konqresi  ofisindən çıxardılar. Daha sonra Moskvanın "Taqanskaya" metrostansiyası yaxınlığına, Verxnyaya Radişevskaya, 5 ünvanına köçürdülər. Burada isə 6 milyon rubldan (təxminən 95 min dollar) çox borc yarandı. ÜAK-ın ofisinin yerləşdiyi binanın sahibi hələ 1 ay əvvəl onlara ultimatum vermişdi ki, borclar ödənilsin. Amma nəinki ödənildi, əlavə borclar yarandı. Ötən həftə bina sahibi ÜAK-ı qovdu".

Mənbəmizin dediyinə görə, ÜAK aparatının işçiləri öz hesablarına məzuniyyətə buraxılıblar. Aparatın bir neçə işçisi isə "Bakı" kinoteatrının yarıqaranlıq otaqlarına sığınıblar.
Sözügedən sayt ÜAK-ın icraçı direktoru İlqar Hacıyevlə əlaqə saxlayıb. Direktor həqiqətən də ÜAK-ın "Taqanka"dakı binadan çıxarıldığını təsdiqləyib. "Bəzi problemlər oldu. Buna görə oranı tərk etdik. Hazırda müvəqqəti olaraq "Bakı" kinoteatrına sığınmışıq", - deyə İlqar Hacıyev bildirdi.
 Diasporla İş üzrə Dövlət Komitəsindən sayta məlumata görə, ÜAK problemindən və baş verənlərdən xəbərdardırlar. "Məsələ tərəfimizdən araşdırılır, ümid edirik ki, problem öz həllini tapacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/487439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR