Bəhram Bağırzadə Vyanada - fotolar

Bəhram Bağırzadə Vyanada -  fotolar
12:06 9 Noyabr 2016
86 Şou
Ölkə mətbuatı
A- A+

Vyanada əməkdar artist Bəhram Bağırzadənin əsərlərindən ibarət sərgi açılıb.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, sərginin açılışında Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov və Vyana Beynəlxalq Mərkəzi İncəsənət Klubunun prezidenti Raymond Nader çıxış ediblər.

Sərgidə B.Bağırzadənin müəllifi olduğu karikaturalarla yanaşı, onun digər iki layihəsində əksini tapan fotolar nümayiş etdirilib. B.Bağırzadə qonaqlara sərgi haqqında məlumat verərkən bildirib ki, onun qələmə aldığı “Bakı dünən və bu gün” kitabında toplanan fotolarda şəhərin bir əsr bundan əvvəlki görüntüləri müasir mənzərələrlə müqayisəli şəkildə təqdim olunur.

Sərgi Vyana Beynəlxalq Mərkəzində noyabrın 18-dək davam edəcək.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60780

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR