Şimali İrlandiya millisinin qaldığı hotelin yaxınlığında YANĞIN - FOTO

Şimali İrlandiya millisinin qaldığı hotelin yaxınlığında YANĞIN - FOTO
10:17 10 Noyabr 2016
102 Dünya
Ölkə mətbuatı
A- A+

Çərşənbə günü, noyabrın 9-da, Belfastdakı "Cullode" hotelinin yaxınlığında yanğın baş verib. Qeyd edək ki, həmin hoteldə Şimali İrlandiyanın futbol üzrə yığma komandasının oyunçuları qalır.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, hotelin yaxınlığında park edilmiş avtomobil alışıb. Bunu hadisə yerinə gəlmiş yanğınsöndürənlər də təsdiqləyiblər.

Yanğının səbəbləri araşdırılır, lakin xilasedicilər artıq bildiriblər ki, hadisə qəsdən törədilməyib.

Xatırladaq ki, noyabrın 11-də Bakı vaxtı ilə saat 23:45-də Belfastda 2018-ci ilin futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və Azəırbaycan yığma komandaları arasında oyun başlayacaq. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR