Ajda Pekkan ilə iş adamı Edib Şakru arasında yaranan məhkəmə çəkişməsi davam edir.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 4 prosesə qatılmayan sənətçi barədə qərar qəbul edilib. Belə ki, ifaçı məhkəməyə məcburən gətiriləcək.
Bundan əvvəl isə sənətçinin vəkili onun səhhətinin yaxşı olmadığı, bu səbəbdən prosesdə iştirak etmədiyini bildirib.
Hakim isə: "Vətəndaş məhkəmə salonuna gəlirsə, Ajda xanım da gələcək", - şərhini verib.
Xatırladaq ki, müğənni villasını 2009-cu ildə iş adamı E. Şakruya 3 milyon 750 min dollara satmışdı. Daha sonra villada qanuna zidd işlərin görüldüyünü fərq etmiş, məhkəməyə müraciət etmişdi.
Milli.Az