V.Mürsəliyevin sözlərinə görə, məsələ ilə bağlı araşdırma gedir və gələcəkdə məsələ tənzimlənəcək: "Bu xidmətləri "Azercell" həyata keçirmir. Biz qısa SMS nömrələri ayırırqı və üçüncü tərəf bu SMS-ləri göndərir. Bu tipli SMS-lərlə bağlı ayrıca müqavilənin imzalanması məsələsi gündəmdədir və düşünürəm ki, gələcəkdə hansısa formada həll ediləcək".
"Azercell" rəhbəri deyib ki, mobil nömrələrin daşınması xidməti özünü doğrultmayıb: "Bu, abonentlərin rahatlığı baxımından çox yaxşı xidmətdir, amma Azərbaycanda özünü doğrultmayıb".